Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Təbrizli millət vəkili: Məclisin mövqeyi artıq zəifləyib

Baxılıb: 3123     Tarix: 07-12-2019 20:13   
Təbrizli millət vəkili: Məclisin mövqeyi artıq zəifləyib

Təbrizin İran parlamentindəki millət vəkili bildirib ki, artıq parlament ölkənin qərarlarında təsiri azalıb.

Təbrizin İran parlamentindəki nümayəndəsi Şəhabüddin Bimiqdar NasrNews xəbər saytına müsahibəsində növbəti məclis seçkilərində namizədliyi irəlisürməyəcəyini və xalqın qarşısında başı aşağı olduğunu deyib.

Sumqayitfakt.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, o, yanacaq qiymətlərinin birdən 3 dəfə artırılması mövzüsüna toxunaraq, artıq başqa orqanların qərarlar aldığını və məclisdəki nümayəndəlrin sözlərinə dəyər verilmədiyindən gileylənib. "Qərar verənlər özlərini çoxbilmiş hesab edirlər, məclis və mütəxəssislərin fikirlərinə əhəmmiyyət vermirlər və belə bir vəziyyət də elmi olmayan qərarların nəticəsində gerçəkləşir" - deyə, millət vəkili deyib.

Bimiqdara görə, məclisin artıq çoxdandır ki, alınması gərəkən qərarlarda həlledici rolu yoxdur. O, millət vəkillərinin özləri təqsirkar olduğunu deyib. O deyib ki, onlar məclisin mövqeyini təmin edə bilmədilər.

Təbriz millət vəkili deyib ki, "İran İslam Respublikası prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı benzinin qiymətinin bahalaşdırılmasından xəbərsiz olduğunu bildirərkən mən ona etiraz etmək istəyirdim, ancaq valinin hörməti üçün bundan imtina etdim. Prezidentin yanacaq qiymətinin artırılmasından gülərək xəbərsiz olduğunu deməsi xalqa hörmətsizlik idi."

Bimiqdar hesab edir ki, dövlət və hakimiyyət başçıları yanacaq qiymətinin 3 dəfə artırılması qərarı üçün xalqdan üzr istəməlidirlər. "Prezident dövlət və konstitutiyaya əməl edilmənin məsuliyyətini daşıyır və belə danışıqlar bir dövlət başçısına yaraşmaz" - deyə, o bildirib.

Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə səfərdə olduğu zaman bir iclasda gülərək yanacaq qiymətinin artırılmasının tarixi haqda məlumatının olmadığını bildirmişdi. Prezidentin həmin sözləri sosial mediada reaksiyaya səbəb olmuşdu.

"Benzin qiymətində artımı həyata keçirildiyi gecə mən də xəbərsiz idim. Bu həftə və ya gələn həftə olacağını bilmirdim, çünki Təhlükəsizlim Şurasında demişdim ki, qiymətin artırılması vaxtın ımənə də deməyin. Mən onlara demişdim ki, öncə layihənin icrası ilə bağlı mediada təbliğat işi aparın və uyğun gördüyünüz gecə onu icra edin."

İran prezidentinin bu sözlərindən sonra Camal Orf daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Həsən Ruhanini benzin qiymətinin artırılması ilə bağlı 3 gün öncədən məlumatlandırmışdı.

Təbriz millət vəkilinin parlamentin ölkə idarəçiliyi və qanunvericilik sahəsində mövqeyini itirdiyini və zəiflədiyini deməsi İranda məclis seçkilərinin yaxınlaşdığı vaxta təsadüf edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər