Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm

Baxılıb: 3221     Tarix: 21-08-2019 13:40   
Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Kalavan kəndinin sakinini özünün müşaviri təyin edib.

Sumqayitfakt.Az xəbər verir ki, bu məlumatı Paşinyan Feysbuk səhifəsində paylaşıb. Paşinyan təyin etdiyi şəxsin Robert Qukasyan olduğunu bildirib.

Qeyd edək ki, hazırda Kalavan adlanan kəndin adı əvvəllər Əmirxeyir olub. Azərbaycanlıların yaşadığı bu kənddə Ermənistandan deportasiya olan zamana qədər 700 nəfər yaşayıb. Deportasiya başladıqdan sonra isə azərbaycanlılar bu kənddəki evləri Azərbaycandan ayrılan ermənilərlə mübadilə ediblər. Nəticədə kənddə Şəmkir, Gəncə və Sumqayıtdan olan ermənilər məskunlaşıblar.

Hazırda kənddə 26 ailə və ümumilikdə 113 nəfər yaşayır. Bu ailələrdən 8-i sonradan Kalavan kəndinə köçüb.

Robert Qukasyana gəlincə isə o, Dağlıq Qarabağda anadan olsa da, uşaqlığının əsas hissəsi Sumqayıtda keçib. 1988-ci ildə Sumqayıt hadisələrindən sonra Qukasyanın ailəsi Sumqayıtdakı evlərini Kalavan kəndinin sakinlərindən birinin evi ilə əvəz edərək, Ermənistana köçüb. Qukasyan sonradan verdiyi açıqlamalarında azərbaycanlılara nifrət etmədiyini, onu və ailəsini Sumqayıt hadisələri zamanı məhz azərbaycanlıların xilas etdiyini, başqa bir şəraitdə azərbaycanlılarla çox yaxşı qonşu ola biləcəklərini etiraf edib.

Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu kənd məhz Qukasyanın sayəsində Ermənistanda inkişaf etməyə başlayan turizm mərkəzlərindən birinə çevrilib.axar.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər