Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Polşada erməni təxribatının qarşısı alındı

Baxılıb: 3174     Tarix: 28-03-2019 19:42   
Polşada erməni təxribatının qarşısı alındı
Polşada erməni təxribatının qarşısı alınıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Polşanın Poznan şəhərində “Little Armenia” (Kiçik Ermənistan) adlı restoranın girişində quraşdırılmış lövhədə Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan təsvir verilib.

Bildirilib ki, sözügedən təsvirdə Ermənistanın xəritəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə birgə göstərilirdi:

"Sözügedən qəbuledilməz təsvirin “Little Armenia” adlı restoranının üzərindəki lövhədən yığışdırlması istiqamətində Azərbaycanın Polşadakı səfirliyi dərhal təxirəsalınmaz fəaliyyətə başlayıb. Bununla əlaqədar Polşa Respublikasının müvafiq qurumlarına etiraz məktubları göndərilmiş və müvafiq görüşlər keçirilib. Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərindən götürülüb".

"Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, eləcə də Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərimizdə həyata keçirilən bütün qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərimizin diqqət mərkəzindədir", - deyə XİN-dən vurğulanıb.axar.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər