Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

“Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur” – İqbal Ağazadə

Baxılıb: 4234     Tarix: 18-03-2019 17:38   
“Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur”


"Ümid Partiyası hüquqi təşkilatdır. Bizim hansısa fərdlə, o cümlədən Əli İnsanovla hansısa formada birlik yaratmağımız mümkün deyil. Ancaq əgər Əli İnsanov siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, buyurub, Ümid Partiyasına üzv ola bilər”.

Sumqayitfakt.Az-ın xəbərinə görə, bu sözləri bakupost.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Partiya sədri keçmiş səhiyyə nazirinin müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İ.Ağazadə deyib ki, Ümid Partiyasının Ə.İnsanov statusunda bir şəxslə hansısa formada birlik yaratması mümkün deyil: "Bizim hər bir Azərbaycan vətəndaşının səsinə iddiamız var. Əli İnsanov da Azərbaycan vətəndaşıdır. İstəsə, buyurub partiyamıza üzv ola, hətta sədrlik uğrunda mübarizə apara bilər. Ancaq bizim Əli İnsanov və ya başqa soyadlı bir Azərbaycan vətəndaşının ətrafında birləşmək kimi bir fikrimiz yoxdur”.

Partiya sədrinin sözlərinə görə, gələcəkdə Ə.İnsanov hansısa təşkilat və ya partiya yaradarsa, bu zaman onun rəhbərlik etdiyi qurumun siyasi fikirlərini analiz edib, əməkdaşlığı düşünə bilərlər: "Bizim müdafiə etdiyimiz siyasi fikirlərlə, Azərbaycan üçün istədiklərimizlə Əli İnsanovun da fikirləri üst-üstə düşsə, gələcəkdə bu barədə düşünmək mümkündür”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər