Xəbər xətti

10-12-2018

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi açıldı

Baxılıb: 243     Tarix: 30-11-2018 20:23   
Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi açıldı
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Varşava Universitetində yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirakçıları salamlayaraq, Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının önəmini qeyd edib, eyni zamanda ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini və bundan sonra da uğurla inkişaf edəcəyini vurğulayıb.

Tədbirdə həmçinin, Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Poitr Taraxa və Türkologiya və Orta Asiya Xalqları kafedrasının rəhbəri xanım Aqata Bareya çıxış edib və 2013-cü ildən etibarən AİDA-nın dəstəyi ilə Varşava Universitetində həyata keçirilən Azərbaycan dili və mədəniyyətinin tədrisinin uğurlu nəticə verdiyini və məhz bu səbəbdən Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının bunun əhəmiyyətli davamı olduğunu bildiriblər.

Bununla yanaşı, açılış mərasimində Azərbaycan dili və mədəniyyəti tədris proqramının rəhbəri, Şəhla Kazımova, AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov və AİDA-nın direktor müavini xanım Aliyə Ağazadə də çıxış edib. A. Ağazadə AİDA barədə iştirakçılara geniş məlumat verib, həmçinin qeyd edib ki, vaxtilə Azərbaycana yardım göstərilirdi, amma artıq Azərbaycan beynəlxalq aləmdə yeni simada - donor ölkəsi kimi çıxış edir, dünyanın müxtəlif bölgələrində baş vermiş təbii və insan tərəfindən törədilmiş fəlakətlərə, eyni zamanda iqtisadi çətinliklərlə üzləşmiş ölkələrə yardım əlini uzadır.

Tədbirdə həmçinin, Mərkəzin əməkdaşı Nərgiz Axundova Azərbaycan-Polşa tarixi əlaqələri, eyni zamanda, Mərkəzin məqsəd və fəaliyyətinə həsr edilmiş geniş təqdimat ilə çıxış edib.

Açılışda Varşava Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin dekanı, Şərqşünaslıq fakültəsinin professorları, azərbaycanlı və polyak tələbələr, həmçinin Polşalı diplomatlar iştirak ediblər. modern.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər