Xəbər xətti

21-09-2017

20-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Çinin xarici işlər naziri ölkəmizə səfər edəcək

Baxılıb: 535     Tarix: 08-09-2017 17:21   
Çinin xarici işlər naziri ölkəmizə səfər edəcək

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bu ölkənin xarici işlər naziri Vanq Yİ ilə nəzakət görüşü keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə səfir nazir Elmar Məmmədyarovun salamlarını və ən xoş arzularını Çinin xarici işlər naziri Vanq Yi-yə çatdırıb.
Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib. Həmçinin səfir Azərbaycanın Çinin “Bir Qurşaq, bir Yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib. Ə.Zeynallı əlavə edib ki, yeni səfir kimi ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcək.
Çinin xarici işlər naziri Vanq Yi Ə.Zeynallını yeni təyinatı münasibətilə təbrik edərək, onun da salamlarının və ən xoş arzularının həmkarı E.Məmmədyarova çatdırılmasını xahiş edib. Görüşdə nazir Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib. O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Habelə Vanq Yi Azərbaycanın “Bir Qurşaq, Bir yol” layihəsinə dəstəyini təqdir edib və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə edib.
Sonda nazir Vanq Yi səfir Ə.Zeynallıya gələcək fəaliyyətində uğurlar arzu edib.

Sumqayitfakt.Az
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər