Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

İspaniyadan Azərbaycana gətirilən pomidor toxumunda virus aşkarlanıb

Baxılıb: 101     Tarix: 07-06-2021 15:09   
İspaniyadan Azərbaycana gətirilən pomidor toxumunda virus aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətində olan məhsullara nəzarət tədbirləri davam etdirir.

Sumqayitfakt.Az "Report"a istinadən xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən İspaniya Krallığından Azərbaycan Respublikasına idxal olunan “Diamond seeds” toxum şirkətinə məxsus pomidor toxumuna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilib. Agentlik tərəfindən virus aşkarlanan pomidor toxumlarının satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin İstehsalçı ölkənin müvafiq qurumuna Azərbaycan Respublikasının ərazisinə idxal olunan bitki və bitkiçilik məhsullarında Azərbaycan Respublikasının fitosanitar tələblərinin və 13 №-li FTBS-in (Fitosanitar tədbirlər üzrə beynəlxalq standart) tələblərinin pozulmasına dair bildiriş göndərilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Agentlik qida zənciri yanaşmasına uyğun olaraq, qida məhsullarının istehsalında istifadə olunan toxum məhsullarından başlayaraq qida zənciri boyunca məhsulların fitosanitar və baytarlıq tələblərinə uyğunluğunun nəzarətini həyata keçirir. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etsinlər. Həmin viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər. Bu cür sahibkarlara qarşı çox ciddi tədbirlər görüləcək.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər