Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Bu tibb işçilərinin sığortalanması məsələsinə yaxın vaxtlarda baxılacaq

Baxılıb: 356     Tarix: 11-05-2020 10:57   
Bu tibb işçilərinin sığortalanması məsələsinə yaxın vaxtlarda baxılacaq


Azərbaycanda koronavirusa adi vətəndaşlar kimi öz peşə vəzifələrini yerinə yetirən tibb işçiləri də yoluxublar. Bəs pandemiya ilə mübarizə zamanı virusa yoluxan tibb işçilərinin sığortalanması necə həyata keçirilə bilər?

İndiyədək ölkəmizdə 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub. Yoluxma halları əsasən, kənar xəstəxanalarda, yəni koronaviruslu xəstələrin müalicəsinin aparılmadığı müəssisələrdə çalışanlar arasında qeydə alınıb. Buna səbəb həmin işçilərin öz təhlükəsizliklərini qorumaq üçün müvafiq tədbirlər görməməsi olub.

Daha az yoluxma halları tələb olunan sanitar-gigiyenik normalara əməl etdiyi və özlərini daha yaxşı qoruya bildiyi üçün sırf koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda çalışan tibb işçiləri arasında müşahidə edilib.

Peşə vəzifələrini yerinə yetirərkən koronavirusa yoluxan tibb işçilərinə dövlət tərəfindən kompensasiyanın və yaxud hər hansı digər formada vəsaitin ödənilməsi nəzərdə tutulurmu?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə iştirak edən həkimlərin sığortalanması məsələsi müzakirə edilib. İlkin olaraq, buna müsbət rəy verilib:

"Koronavurusla mübarizədə iştirak edən həkimlər öz həyatlarını riskə atırlar. Hər hansı yoluxma hadisəsi baş verərsə, onların sığortalanması iş yerində bədbəxt hadisədən sığortalanmanın tətbiqi kimi tənzimlənə bilər. Düşünürəm ki, bu istiqamətdə yaxın vaxtlarda sığorta sahəsinə nəzarət edən qurumlar təkliflərlə çıxış edəcəklər. İlkin olaraq, bu təklifə hər kəs müsbət rəy verib. Düşünürəm ki, bu, qısa zaman ərzində olacaq”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, işçilərin iş yerlərində səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olması Vəli Axundov adına Milli Elmi-tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri klinikası tərəfindən müəyyən olunur. Həmin institut tərəfindən tibbi rəy verildikdən sonra işçi peşə əmək qabiliyyətini itirdiyi təqdirdə (peşə əmək qabiliyyətini itirilməsi Tibbi-Sosial Ekspert Komissiyasının tərəfindən müəyyən edilir) həmin şəxsə sığorta ödənişi verilir. Bu ödənişin verilməsi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun tələblərinə müvafiq olaraq həyata keçirilir./trend

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər