Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Koronavirusu nə daha yaxşı öldürür? — Sabun, yoxsa antiseptik?

Baxılıb: 4141     Tarix: 05-04-2020 10:32   
Koronavirusu nə daha yaxşı öldürür? — Sabun, yoxsa antiseptik?

Nə qədər ki, vaksin yoxdur, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bizdən tələb olunan əsas şey gigiyenadır.


Sumqayitfakt.Az
oxu.az-a istinadən xəbər verir ki, hər hansı ictimai yerləri ziyarət etdikdən, ictimai və şəxsi nəqliyyat vasitəsindən istifadə etdikdən, qapı tutacaqlarına, pula toxunduqdan sonra, yeməkdən əvvəl əllərinizi yumaq məsləhətdir. Lakin bunu düzgün etmək lazımdır - əllər sabun və ya antiseptik vasitə ilə yuyulmalıdır.

Əllər nə ilə təmizlənməlidir?

Əczaçılıq sənayesinin əl üçün bir çox müxtəlif antiseptiklər təklif etməsinə baxmayaraq, alimlərin fikrincə, ən effektiv vasitə sabun və isti sudur. ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərin idarə edilməsi və profilaktikası Mərkəzinin (CDC) tövsiyələrində bildirilir ki, antiseptiklərdən yalnız əlləri sabunla yumaq mümkün olmadıqda istifadə olunmalıdır.

Sabun koronavirusu necə məhv edir?

SARS-CoV-2 birzəncirli RNT ehtiva edən virusdur. Ribonuklein turşusunun zənciri zülal qatı ilə örtülüb. Kapsid adlanan həmin qabıq da iki lipid qatı (yağlar və yağabənzən maddələr) ilə əhatə olunub. Taca bənzəyən zülal “tikanlar”ı elə məhz onlardan çıxır.

Sabun lipid qabığını dağıdır və virus suda həll olunur. Sabun hətta tamlığını qoruyub saxlayan patogen hissəcikləri də dəridən qoparır, onlar köpüklə birlikdə asan yuyulur.

Əlləri düzgün yumaq vacibdir

Su nə qədər isti olsa, bir o qədər yaxşıdır. Hər hansı bir xüsusi sabuna da ehtiyac yoxdur. Əsas odur ki, sabun yaxşı köpüklənsin. Çünki virus köpüklə yuyulub gedir.

Sabunun virusun qabığını dağıtması üçün ən azı 20 saniyə vaxt lazımdır. Sabun köpüyü biləkləri və ovucun arxa tərəfi də daxil olmaqla, əlləri tamamilə örtməlidir, eləcə də barmaqların arasına və dırnaqların altına nüfuz etməlidir.
Əgər sabun və su yoxdursa

Bu halda, mütəxəssislər, SARS-CoV-2-ni 30 saniyə ərzində öldürən etanol əsasında olan sanitayzerləri və ya antiseptik maddələri tövsiyə edirlər.

Ona görə antiseptik ilə təmizlədikdən sonra əlləri dərhal silmək lazım deyil, qoyun özləri qurusun.

Alimlərin fikrincə, dezinfeksiyaedici vasitədə etanol 70% - dən az olmamalıdır, CDC-nin tələblərinə əsasən isə 60% olmalıdır.

Araşdırmalar göstərir ki, yağ və kir antiseptiklərin təsirini zəiflədir, ona görə əlləri əvvəlcə sabunla yumaq daha yaxşıdır. Bundan əlavə, spirt sanitayzerlərindən tez-tez istifadə etmək olmaz, onlar sabundan fərqli olaraq dərini qıcıqlandıraraq, onu virusa daha həssas edir.

Özün hazırla

ÜST-nın saytında dezinfeksiya vasitələrini müstəqil düzəltmək üçün təlimat yerləşdirilib. Bunun üçün 80% etanol və ya 75% izopropanola 1,45% qliserin və 0,125% hidrogen peroksid əlavə etmək lazımdır.
Spirt və hidrogen peroksid infeksiyanı öldürür, qliserin isə dərini nəmləndirir. Lakin istənilən başqa nəmləndirici vasitələrdən də, məsələn, aloe veradan da istifadə etmək olar.

Nəm salfetlər

Əlinizin altında antiseptik yoxdursa, spirtli salfetlər köməyinizə çata bilər. Lakin alimlər hesab edirlər ki, SARS-CoV-2-ə qarşı benzalkonium xloridinə əsaslanan antibakterial salfetlərdən istifadə etməyin faydası yoxdur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər