Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Koronavirusun xeyri BARƏDƏ HƏKİMİN FİKRİ: "....müsbət tərəfləri də oldu"

Baxılıb: 2275     Tarix: 06-03-2020 13:31   
"Siqaret iyi uğurla sarımsaq və soğan iyi ilə əvəz olundu"
Koronavirusun xeyri BARƏDƏ HƏKİMİN FİKRİ: "....müsbət tərəfləri də oldu"
Koranovirus təhlükəsi dövründə insanlarımızın davranışını müşahidə edərək bəzi nəticələrə gəldim və onlar haqda sizinlə bölüşmək istəyirəm.
1. Koronavirusdan insanlar bərk qorxublar. Bu sadəcə xəstələnmək qorxusu deyil,ölə bilmək qorxusudur. Televiziyalar və sosial şəbəkələr bu təhlükəni əyani kadrlarla tirajlayaraq qorxu hissini hər kəsin içinə saldılar. Virus təhlükəsini insanlarımız hətta gedən qanlı müharibədən də təhlükəli olduğunu qəbul etdilər. Virusla müqayisədə müharibə kadrlarına insanlar kompüter oyunlarına baxırmışlar kimi baxdılar.
İnsanlar həm özlərinin, həm də yaxınlarının həyatının necə böyük bir dəyər olduğunu dərk etdilər və davamlı yaşamaq istəklərini özlərinə etiraf etdilər.
Əslində digər mövcud viruslardan elə də təhlükəli olmayan bu virusun sadəcə "reklamı" daha güclü oldu. Belə "reklamın" kökündə siyasi maraqların olduğuna da inanıram.
2. Vurğuladığım qorxu hissinin mənfi aspektləri ilə yanaşı, müsbət tərəfləri də oldu.
Həkimlər bilirlər ki, ölüm qorxusu qədər insanları intizamlandıran ikinci vasitə yoxdur. Ən intizamsız siqaret çəkənlər infarktla, insultla və digər ölümcül hallarla qarşılaşanda onu anında atırlar. Həm də insanlar anladılar ki, heç bir virusa qarşı, həmçinin bu yeni virusa qarşı dərman yoxdur. Virusla yeganə mübarizə vasitəsi sağlam həyat tərzi və adi gigiyenik qaydalardır.
Vurğulamaq istəyirəm, yaxşı ki, virusa qarşı dərman yoxdur, belə dərman olsaydı, adi maskanı problemə çevirən işbazların nələr edə biləcəyini təsəvvür etmək çətin deyil.
3. Əvvəllər gigiyenik qaydaları və sağlam həyat tərzini çox da vacib saymayan insanlar israrla bu qaydalara əməl etməyə başladılar və bu fakt çox müsbət olaraq qəbul edilməlidir.
Hamı əllərini yuyur, öz immunitetlərini gücləndirmək üçün ölkəmizin bol təbii nemətlərindən bəhrələnməyə çalışırlar. İctimai nəqliyyatda siqaret iyi uğurla sarımsaq və soğan iyi ilə əvəz olundu. Hər iki iy mənfi olsa da, insanlar ikinci iyə daha loyal münasibət göstərirlər.
4. Nəinki koranovirus, digər mövcud viruslar və gələcəkdə peyda olacaq yeni - yeni viruslar bizi həmişə əhatə edəcək.
Bütün bu təhlükələrlə yeganə mübarizə sağlam həyat tərzindən, faydalı vərdişlərdən,adi gigiyenik qaydalara əməl olunmasından, xüsusən də ilin 300 günü günəş olan və immunitetimizin gücləndirilməsi üçün lazım olan bütün nemətlərimizdən bəhrələnməkdən keçir.
İnsanlarımız bir daha anladılar ki, konservantlarla dolu xarici məhsullardansa, uşaqlarımıza kişmiş, xurma, qoz və s. kimi təbii tabletkalar yedizdirməliyik.
İnanmaq istəyirəm ki, insanlarımız bu dövr ərzində əməl etdikləri vərdişləri öz həyat qaydalarına çevirəcəklər və sağlam həyat tərzinin üstünlüklərindən həmişə bəhrələnəcəklər.
Hamımıza uğurlar.

Hümbət Həsənoğlu,
həkim


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər