Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Valideynlərin NƏZƏRİNƏ: Soyuqdəymədə bu dərmanları içmək olmaz - AÇIQLAMA

Baxılıb: 374     Tarix: 12-10-2019 15:14   
Valideynlərin NƏZƏRİNƏ: Soyuqdəymədə bu dərmanları içmək olmaz - AÇIQLAMA

Payız fəsli özü ilə bərabər xəstəliklər də gətirir. Havalar soyuyan kimi uşaqlar arasında öskürək, soyuqdəymə, qrip kimi xəstəliklərin yayılma prosesi sürətlənir. Valideynlərin əksəriyyəti isə həkimə müraciət etməkdənsə, xəstələrə öskürək üçün sirop və ya antibiotik tərkibli dərmanlarla kömək edəcəklərini düşünürlər.

Uşaqlara bu dərman vasitələrini vermək düzgündürmü? Bu dərmanlar onlara mənfi təsir göstərə bilərmi?

Sumqayitfakt.Az lent.az-a istinadən bildirir ki, lazımsız yerə qəbul edilən antibiotiklər uşaqlarda ciddi problemlərin əmələ gəlməsinə səbəb olur:

"Xəstələnən hər uşağa dərman vermək düzgün deyil, antibiotik xəstəliyi aradan qaldırmır. Əgər söhbət yuxarı tənəffüs yollarının resepturasından gedirsə, əks göstərişi olmayan preparatlar var, onlardan istifadə etmək olar. Həmin dərmanlar isə profilaktikada yaxşı təsir göstərir. Amma uşaq artıq xəstəliyə yoluxubsa, temperatur çox yüksəkdirsə, onda pediatrın yanına aparılması daha yaxşıdır. Əgər uşaq soyuqlayıbsa, yaxud qripə yoluxubsa, yuxarı tənəffüs yollarının keçirici yollarının bərpası üçün burunu natrium-xloridlə yuyub açmaq olar. Sonra çoxlu miqdarda maye vermək, moruq, zoğal mürəbbəsi, kəklikotu, itburnu dəmləməsi içirtmək və başqa təbii yollarla uşağa kömək etmək daha yaxşıdır. Antibiotiklərdən virus zaman istifadə etmək qətiyyən olmaz. Çünki antibiotik uşaqların immun sistemini aşağı salır, göbələk xəstəliyinə, qaraciyər və böyrək çatışmazlıqlara səbəb ola bilir. Əgər virus infeksiyası fəsadlaşma verirsə, məsələn, bronxit, qaymarit, astma, pnevmaniya, o zaman antibiotik tərkibli dərmanlardan istifadə etmək olar. Ümumiyyətlə, antibiotiklərin mənfi təsirləri çoxdur, buna görə də valideynlər məsləhətsiz uşağa dərman preparatları verməməlidirlər.

Pediatr uşaqlarda yaranan öskürəklə bağlı problemə də toxunub:

"Uşaqlarda öskürək təkcə soyuqdəymədən deyil, allergik də ola bilər. Buna görə, dərman preparatları istifadə etmək məsləhət deyil. Yaxşı olar ki, uşağı əvvəlcə həkimə göstərib, problemin nə olduğunu aydınlaşdırıb, sonra müdaxilə edilsin".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər