Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Mütəxəssislər həyəcan təbili çaldı – Qulaq çöpləri təhlükə saçır

Baxılıb: 336     Tarix: 12-10-2019 13:50   
Mütəxəssislər həyəcan təbili çaldı – Qulaq çöpləri təhlükə saçır
Sağlamlıq üçün şəxsi gigiyenaya riayət etmək önəmlidir. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunur. Bəzən isə normadan artıq təmizlik xəstəlik dərəcəsinə qədər gətirib çıxardır. Bu həm psixoloji həm də müxtəlif xəstəlik ola bilər. Məsələn, qulaq-burun təmizliyində istifadə olunan qulaq çöpləri xəstəlik yarada bilir. Mütəxəssislərin fikrincə qulaq təmizliyi prosesində edilən səhvlər ciddi fəsadlar doğura bilər. Buna görə də, belə hallarda diqqətli olmaq lazımdır.

Sumqayitfakt.Az xəbər verir ki, qulaq-burun və boğaz mütəxəssisi Murat Bınar qulaq çöplərinin təhlükəli olduğunu açıqlayıb.
Onun sözlərinə görə, qulaq çöpündən istifadə qulaq kanalında çirkin toplanması və zamanla böyüməsinə yol açır: “Məişətdə qulaq çirki hesab olunan maye əslində hər kəsdə olan təbii sekresiyadır. Yəni, qulaq içində ömrünü tamamlamış dəri artıqları, yağ və tər vəzilərinin ifrazatıdır. Qulaq çöpündən istifadə qulaq kanalında çirkin toplanması və zamanla böyüməsinə yol açır. Həmçinin diqqətsizlik zamanı qulaq yolu və qulaq pərdəsinə zərər verə bilər. Buna görə də qulaq təmizliyində qulaq çöpləri və qulağa daxil olacaq hər hansı vasitə tövsiyyə edilmir”.
M.Pınar eyni zamanda duşdan sonra qulaq çöpü yerinə təmiz dəsmal və ya salfetdən istifadə etməyi tövsiyyə edib.
Bundan başqa, qulağa su girməsi, qulaq ifrazatının şişməsi hallarında isə həmin şəxslər dərhal həkimə müraciət etməlidirlər. Əks təqdirdə qulaq çirki tıxanıqlığı, eşitmə azlığı, qulaqda su qalma hissi, ağrı və uğultu yarada bilər.yeniavaz.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər