Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Üzdə dəyişikliklər hansı xəstəliklərdən xəbər verir

Baxılıb: 3137     Tarix: 29-03-2019 22:43   
Üzdə dəyişikliklər hansı xəstəliklərdən xəbər verir
Üzdə dəyişikliklər müxtəlif xəstəliklərin əlamətləri ola bilər.

Sumqayitfakt.Az həmin əlamətlərin siyahısını təqdim edir.

Solğun dəri anemiya, yaxud qanda dəmir çatışmazlığının göstəricisi ola bilər. Bunun üçün həftədə azı iki dəfə qırmızı ət, paxlalı bitkilər, habelə yaşıl yarpaqlı tərəvəz yemək məsləhət görülür.

Sızanaqlar çox vaxt yeniyetmə yaşlarında hormonal proseslərin, yaxud rasionda şəkərin miqdarının çox olmasının nəticəsidir. Məsələn, şokolada aludə olmaq sızanaqların əmələ gəlməsinə şərait yaradır.

Saralmış gözlər sarılığın əlamətidir. Əgər göz ətrafındakı dəri, yaxud gözün ağ təbəqəsi saralıbsa, qaraciyəri müayinə etmək üçün təcili həkimə müraciət etmək lazımdır.

Göz altı torbalar çox vaxt böyrəklərdə problemlərin olduğunu göstərir. Onlar dəri altında həddindən çox mayenin toplanması, yəni böyrəklərin yaxşı işləməməsi nəticəsində əmələ gəlir. Daha ciddi hallarda ürək çatışmazlığına dəlalət edir.

Dərin qırışlar qocalmanın təbii nəticəsidir. Lakin siqaretçəkmə qırışları daha da dərinləşdirir, kollagen və elastini dağıdır. Gündə hətta bir siqaret çəkmək belə, qırışların əmələ gəlməsi prosesini sürətləndirir.

Dərinin qızarması. Planetimizin əhalisinin təqribən 10 faizi rozaseadan əziyyət çəkir. Rozasea nəticəsində üzün dərisi çuğundur kimi qızarır. Acı yeməklərə, kofeinli və alkoqollu içkilərə meyilli olanda, habelə gün altında çox gəzəndə onun əlamətləri daha da güclənir.

Dodaqların quruması ya susuzlaşmanın, ya da ekstremal hava şəraitinin nəticəsidir. Əgər problem çoxlu su içməklə həll olunmursa, deməli, allergiyanın əlamətidir.

Üzdə arzuolunmaz tüklərin inkişaf etməsi adətən hormonal nasazlıqla bağlıdır. Qadınlarda yumurtalıqların polikistozu çox vaxt onların üzlərinin tüklənməsinə səbəb olur.Azərtac

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər