Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Məşhur cərrah açıqladı - Gündə nə qədər su içməliyik?

Baxılıb: 292     Tarix: 14-01-2019 11:27   
Məşhur cərrah açıqladı - Gündə nə qədər su içməliyik?


Metabolik cərrahiyyə mütəxəssisi Gurdal Ören suyun bədən üçün əhəmiyyətindən danışıb və gündə nə qədər su içmək lazım olduğu barədə məlumat verib.

Sumqayitfakt.Az publika.az istinadən xəbər verir ki, türkiyəli həkim bütün bədənin və hüceyrələrin sudan ibarət olduğunu deyib.

"Lakin günün böyük əksəriyyətini evdə keçirən xanımla mədən işçisinin su ehtiyacı eyni ola bilərmi? Yaxud da gəzə bilməyən, bütün gününü yataraq keçirmək məcburiyyətində qalan bir xəstə ilə məktəbə və ya işə saatlarla gedən birinin? Təxmin edirəm ki, suala cavabımız eynidir. Əlbəttə ki, müxtəlif həyat tərzi sürən insanların su ehtiyacı eyni ola bilməz.

Həyat tərzi fərqlidirsə, ehtiyac da fərqlidir. Ancaq burada tək səbəb hərəkətli və ya hərəkətsiz həyat tərzi deyil. Elmi tədqiqatlar göstərib ki, bədənin lazım olduğundan su qəbul etməsinin heç bir faydası yoxdur. Biz gün ərzində yalnız tərləmə yolu ilə orta hesabla yarım litr su itiririk. Nəfəs verərkən belə, ağız və burnunuzdan çıxan havayla gündə orta hesabla 237 millilitr su itiririk. Sidik və nəcis yolu ilə də hər gün 1.4 litr suyu çölə atırıq. Bu da təxminən 2 litrə bərabərdir. Bədənin gündəlik suya ehtiyacı 2 litrdən çox olmalı deyil".

Gürdal Örenin sözlərinə görə, meyvə və tərəvəzlərdə olan su bədənin su ehtiyacının bir hissəsini ödəyir: "Xiyar, pomidor, alma, ərik, əncir, qovun, portağal, qarpız, hətta bananların, demək olar ki, 90 faizi sudur. Odur ki, xərclədiyimiz qədər su içmək kifayətdir".

Cərrah bir çox mütəxəssisin "Arıqlamaq üçün bol su için" formulunu yalan adlandırıb:

"Çox kök insanlar az su içdikləri üçün bu vəziyyətdədir? Yaxud da ətrafınızda gündə, sadəcə, bir stəkan su içdiyini deyən insanların hamısı kökdür? Əlbəttə ki, xeyr. Yəni tək həll yolu yalnız su içmək deyil, kalori qəbulunu azaltmaq və daha çox kalori yandırmaq lazımdır. Mədə, bağırsaq və böyrək, dəri və saç sağlamlığı üçün su, əlbəttə ki, faydalıdır. Ancaq köklük problemini, sadəcə, su ilə əlaqələndirmək doğru deyil. Arıqlamaq üçün hər gün sağlam qidalanmaq, faydalı qidalar qəbul etmək, hərəkət etmək əsasdır".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər