Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üzrə hesabat gözləyirik

Baxılıb: 3526     Tarix: 07-07-2017 12:38   


İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi ərazisində yaşayan vətəndaşların hədəf alınması və qəsdən hücumları nəticəsində Allahverdiyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilib, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri almışdır.

Erməni silahlı qüvvələrinin bu təxribatlarının nəticəsi olaraq, dinc əhaliyə atəş açılması və 2 yaşlı uşağın qətlə yetirilməsi, həmçinin, başqa mülki şəxslərin yaralanması və mülki obyektlərin zərər çəkməsi bir terrorizm aktıdır və beynəlxalq konvensiya və qanunlarla yolverilməzdir.

BMT-nin mövcud qətnamələrini saya salmayan erməni terror dövləti bu dəfə də 2 yaşlı körpəyə qarşı silah işlətməklə ən qəddar qatil rolunda çıxış etməkdən çəkinməmişdir.

Bu addımlar, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bu, bir hərbi cinayətdir və insanlıq əleyhinə olan cinayətdir. Bu cinayəti İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi olaraq kəskin pisləyirik və beynəlxalq təşkilatlardan onların mandatına və fəaliyyət sferasına uyğun olaraq məsələyə münasibət bildirməyi tələb edirik. Biz onlardan hər hansı söz yığından ibarət bəyanat deyil, konkret fakt üzrə hesabat gözləyirik.

Biz, Azərbaycanda fəaliyyət göstərən bir vətəndaş cəmiyyəti təşkilatı olaraq, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.

Cəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri


Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər