Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Məhərrəm Əliyev prezidentin təyinatından danışdı

Baxılıb: 399     Tarix: 28-12-2019 09:50   
Məhərrəm Əliyev prezidentin təyinatından danışdı

"Yeni Sabah” Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin Azərtac-a müsahibəsini qısa ixtisarla təqdim edir:

– Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub?


– Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib.

Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur.

Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub.

2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur.

Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır.

– Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı ¬qurumlarla görüş keçirmisiniz?


– Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib.

Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib.

Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub.

Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər.

– Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı.

– Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan–Ermənistan dövlət sərhəd xəttində, həmçinin Füzuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib.

Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində "Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir.

Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib.

Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb.

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Həmçinin qeyd etməliyəm ki, "Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər