Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Bu, biz jurnalistlərin FACİƏSİDİR Kİ...

Baxılıb: 2330     Tarix: 09-02-2018 15:11   
Bu, biz jurnalistlərin FACİƏSİDİR Kİ...

Çoxdandır əlimə qələm almıram. O demək deyil ki, yaza bilmirəm. Xeyr, yazmaq istəmirəm. Öz-özümə sual edirəm: Axı nədən yazım? Belə ki, indi qəzet, kitab oxuyan da çox deyil.

Uzun illərdir müəyyən imza sahibi olsam da, BDU-nun jurnalistika fakültəsini bitirsəm də, səkkiz kitab müəllifi, onlarla kitab redaktoru, məlum qəzetin Baş redaktoru olsam da, uşaqlıqdan sevib-seçdiyim sənətin peşəkarı kimi bu gün bu sənətə yiyələnməyimdə peşimançılıq hisləri keçirirəm və özümü təhqir olunmuş sayıram. Bəli, konkret yazmayacam,əksər qurumlarda belədir vəziyyət: Bir jurnalist kimi deyil, adi vətəndaş kimi də müraciət edilən nüfuzlu dairə rəhbərlərinin qəbuluna düşmək müşkül işə çevrilib. Bu günlərdə Sumqayıtın rəhbər işçilərindən birinin qəbulunda düz iki saat gözləməli oldum və nəhayət, növbəti həftə qəbul edəcəyini bildirdi. Halbuki həmin məmur məni yaxşı tanıyır. Qeyd etmişdim ki, ikicə dəqiqə vaxtını alacam. Yerində həll olunacaq məsələ ilə bağlıdır söhbətim. Köməkçisi kobud münasibəti bir yana, dedi ki, tapşıırıq alıb jurnalistləri qəbula yazmasın. Qeyd edim ki, xeyli müddət əvvəl həmin məmurun qəbulunda olarkən mənə demişdir ki, nə vaxt gəlsən qapımız üzünüzə açıqdır...
Bİr sözlə, məmurların ziyalıya münasibəti laqeyddirsə, adi vətəndaşa münasibəti necə olar?
Bəli, biz jurnalistlərin facisəidir ki, lazımi vaxt istədiyimiz qapını döyə bilmirik. Bilərəkdən belə bir şərait yaradıblar. Niyə? Çünki nə tənqiddən qorxurlar, nə də ki, oxucu reaksiyasından çəkinirlər. Mən düşünürəm ki, Azərbaycan Mətbuat Şurasının növbəti qurultayında əsl jurnalist nüfuzunun yerlərdə qorunması mövzusu gündəliyə daxil edilsin. Əksər məmurların və cəmiyyətin peşəkar jurnalistlərə münasibəti birmənalı olsun.

İlhamə Məhəmmədqızı

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər