Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Mənəvi saflığa üstünlük verən rəssam

Baxılıb: 4228     Tarix: 26-08-2021 08:50   
 Mənəvi saflığa üstünlük verən rəssam

Nizami Məhərrəməli oğlu Dadaşov 1964-cü ildə Sumqayıt şəhərində anadan olub. 1979-cu ildə 21 saylı orta məktəbin səkkizinci sinfi bitrdikdən sonra 6 saylı gecə məktəbində təhsilini davam etdirib.
1980-ci ildə Sumqayıt şəhərində Əməkdar incəsənət xadimi, maraqlı rejissor Ağalar İdrisoğlunun 1977-ci ildə yaratdığı Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Teatrında rəssam kimi çalışıb. Nizami Dadaşov 1982-ci ildə Almaniyada hərbi qulluqda olub. 1985-ci ildə 84 saylı orta texniki peşə məktəbinin 3-cü dərəcəli reklam tərtibatı üzrə icraçı rəssam şöbəsinə daxil olub. 1987-ci ildə fərqlənmə ilə bu məktəbi qurtardıqdan sonra 2-ci respublika xalq yaradıcılığı festivalında ilk dəfə olaraq beş əsəri ilə iştirak edib və fəxri fərmanla təltif olunub. 1988-ci ildə ilk fərdi sərgisi Sumqayıt şəhərinin Sərgi salonunda keçirilib. Bu sərgidə onun 115 əsəri təqdim edilib. 1989-cu ildə keçirilən ikinci fərdi sərgisində isə 127 əsəri nümayiş olunub.

1991-ci ildə Sumqayıtın Tarixi Muzeyində “Azadlığa doğru” adlı sərgidə əsərləri ilə çıxış edib. Bu sərgidə “20 Yanvar” hadisələrinə aid 120-dən çox əsəri olub. Əsərlər hazırda Muzeyin fondunda saxlanılır. Bir çox sənət nümunəsi Bakı Vernisajında ABŞ, Fransa, Türkiyə, Hindistan və başqa dövlətlərə satılıb. Bəzi əsərləri isə şəxsi kolleksiyalardadır.

O, 1987-ci ildə Sumqayıt “Azkimyatəmir” Tikinti Trestində Baş rəssam işləyib.

1988-ci ildə Bakı şəhəri 12 saylı Peşə liseyində tərtibatçı-rəssam peşəsi üzrə təlim ustası işləyib.






2000-ci ildən isə 9 saylı BPL-də tərtibatçı-rəssam işləyib.

Hazırda Nizami Dadaşov Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sumqayıtın 70 illik yubileyində cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Ailəlidir, iki övladı, beş nəvəsi var.

Nizami Dadaşov deyir ki, ən xoşbəxt dəqiqələrim əsərlərimə sərf etdiyim vaxtlardır. Bu zaman öz hisslərimə qapılır, yaratmaq istədiyim hər bir əsəri dolğunluğu ilə üzə çıxarmağa çalışıram. Təbiət mənzərələrini, portretləri, ölkəmizə qarşı olan ədalətsizliyi fırçamla təsvir edərək yenidən yaşamaq eşqini və sevgi duyğularını insanlarda artırmaq, onları bir daha haqsızlıqla mübarizəyə çağırmaq, bir növ kamilləşdirmək istəyirəm.

İ.V.Höte deyib: “Rəssam bizə ən xoşbəxt və ən bədbəxt dəqiqələrimizdə də lazımdır.” Rəssamlarda xüsusi istedad ilahi vergidir. Tanrı bu istedadı bəndələrinə bəxş edib ki, onlar dünyanın hüdudsuz ənginliklərini duyub qavrasın, təxəyyül süzgəcindən keçirsin çeşidli çalarlarla kətana köçürsün. Bu, böyük xoşbəxtlikdir. Belə xoşbəxt insanlara yalnız həsəd aparmaq olar. Rəssam Nizamiyə də bu xoşbəxtlik nəsib olub. O, fantaziyaları ilə həyatın ağ və qara üzünü olduğu kimi insanların dərd-sərini, keçdikləri enişli-yoxuşlu yollarını özününküləşdirib, yaradıcılıq əzabına qatlaşıb.

Sənət zirvəsində ən ali məqam tutan Nizami Dadaşovun dünyanın mühüm ölkələrində nümayiş olunan əsərlərinin yüksək dəyərləndirilməsi qəlbən bağlandığı rənglər dünyasının daxili zənginliyi ilə bağlıdır.

FEKO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan Qrupunun fəal üzvü, istedadlı rəssam Nizami Dadaşovun müxtəlif janrlı əsərləri dünyanın məşhur muzeylərini, rəsm salonlarını bəzəyir. O, yorulmadan, əzmlə Azərbaycanın dünəni, bu günü və işıqlı gələcəyini, millətin firavan həyatını təsvir edən yeni əsərlər üzərində çalışır. Bu əsərlərin də ona uğur gətirəcəyinə inanırıq.

Bir söszlə, həyatda düzgün mövqe tutan, qarşısına qoyduğu məqsədlərinə müvəffəqiyyətlə nail olan və mənəvi saflığa üstün verən rəssamın fantaziyasına daxil olan əsərləri sənət aləmində ona rəğbət qazandırır, daxili potensialını üzə çıxarır.

Nizamı Dadaşova sağlam uzun ömür və bolluca uğur və sevinc arzulayırıq!

İhamə MƏHƏMMƏDQIZI


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər