Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Sorğu

Əbülfəs Qarayev Sumqayıtda mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış oldu - ŞƏKİLLƏR

Baxılıb: 3143     Tarix: 31-01-2020 18:40   
Əbülfəs Qarayev Sumqayıtda mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış oldu - ŞƏKİLLƏR


Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 31-də vətəndaşların qəbulu ilə bağlı gəldiyi Sumqayıt şəhərində bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Sumqayitfakt.Az xəbər verir ki, nazir ilk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə Heydər Əliyev Mərkəzinin foyesində Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində yaradılmış “Mədəniyyət könüllüləri” dəstəsinin təqdimatında iştirak edib.

Mərasimdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində gənclərimizdən ibarət könüllülər də fəal iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub. Nazir könüllü gənclərlə işin təşkilinin sistemləşdirilməsi, onların mədəniyyət sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin müəssisələrində könüllülər şəbəkəsinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. “Bu proqram ölkədə vahid mədəniyyət könüllüləri bazasının yaradılmasında mühüm rol oynayır. Fəal könüllər gələcəkdə Mədəniyyət Nazirliyi sistemində vakansiya yaranan zaman işlə təmin olunacaqlar”, - deyə nazir bildirib.

Nazir həmçinin Heydər Əliyev Mərkəzində tərtibatçı-rəssam Ramin Allahverdiyevin əl işlərindən ibarət sərgi ilə tanış olub. Sərgidə fərqli formatda hazırlanan geniş çeşidli suvenirlər nümayiş etdirilir.

Əbülfəs Qarayev daha sonra Sumqayıt şəhərində yerləşən bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

2019-cu ildə açılışı keçirilən “Nizami” kinoteatrında nazirə məlumat verilib ki, ikimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla üç kinozal və digər inzibati otaqlar var. Müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan kinoteatrın yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.

Əbülfəs Qarayev daha sonra Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olub. Diqqətə çatdırılıb ki, mərkəzin binasında konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb və zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var.

Nazir daha sonra Bayraq Muzeyi və Sumqayıt Bulvarı ilə də tanış olub.














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər