Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR

Baxılıb: 3161     Tarix: 15-01-2020 11:18   
Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Gənci-Nihan mənəm” layihəsi çərçivəsində gənclər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, gənc şair Əliyar Rəfiyev layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, müsabiqənin Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini qeyd etmiş, məqsədin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənmək olduğunu bildirmişdir.
Digər çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ dövründə Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülmüş, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları isə bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.
Müsabiqə seçilmiş şeirlərin məzmuna uyğunluğu, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilmə kimi meyarlar nəzərə almaqla keçirilmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən I yerə Muradlı Rəbiyə, II yerə Qasımlı İnci, III yerə isə Həmidov Emil layiq görülüb. Sonda qaliblərə sertifikat və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər