Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıt Dövlət Rəsm Qalereyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 2166     Tarix: 11-12-2019 13:49   
Sumqayıt Dövlət Rəsm Qalereyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İki cahan” adlı sərgi keçirilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasda baş tutan sərgidə ümumilikdə uşaq və yeniyetmə gənclərin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 51 əsəri nümayiş olunub.

Sumqayitfakt.Az
xəbər verir ki, sərgidə Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Əhməd Bakıxanov, Bül-bül, Səid Rüstəmov adına UİM-nin şagirdləri və Sumqayıt şəhər Diyarşünaslıq klubunun rəsm dərnəyinin şagirdləri ilə birlikdə Nəsimi adına dənizkənarı istirahət parkında etdikləri etüdləri və "Nəsimi uşaqların gözü ilə" layihəsi adı altında Abşeron rayon Novxanı sənətkarlıq klubunun, “Məntiq”rəsm kursunun, 1 nömrəli Uşaq Gənclər Mərkəzinin, “Matris” tədris mərkəzinin və Xəzər Universiteti Sumqayıt Dünya məktəbinin şagirdlərinin Nəsimi yaradıçılığına həsr olunmuş əsərləri numayiş olunub.

Tədbirdə Sumqayıt şəhər 26 saylı tam orta məktəbin şagirdləri Nəsiminin qəzəlləri ilə çıxış ediblər.

Sərgidə Əməkdar İncəsənət xadimi, monumental rəssam Vaqif Nəzirov, peşəkar rəssam, “Nəsimi” obrazının peşəkar yaradıcısı Tofiq Əhmədov, yazıçı, ssenarist, “Zərdabi” mükafatı laureatı Hafiz İnamnəzərli və digər qonaqlar sərgi iştirakçılarını təbrik edib xoş arzularını çatdırıblar.

Tədbirin sonunda “İki cahan“ adlı sərgidə iştirak edən şagirdlər və qaliblər fəxri fərmanlarla və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər