Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri “Ağacəkmə aksiyası”nda fəal iştirak ediblər - ŞƏKİLLƏR

Baxılıb: 3233     Tarix: 06-12-2019 20:01   
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri “Ağacəkmə aksiyası”nda fəal iştirak ediblər - ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə Respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü reallaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, son illər Respublikamızda ətraf mühitin qorunması və hər yerdə gözəllik yaradan ağacların əkilməsi, yaşıllığın artırılması, əslində, hər bir kəsin üzərinə düşən ümdə vəzifədir. Bu baxımdan Sumqayıt Regional Mədəniyyət İdarəsinin bütün tabe müəssisələri də bu tədbirdə yüksək səviyyədə iştirak etmişdir. Bu kampaniya böyük şairin ədəbi irsinin beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına ,iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına , ətraf aləmin gözəlləşməsinə xidmət edir. Azərbaycan tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkilmişdir.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi və filialları Hacı Zeynalabdin Tağıyev adına qəsəbəyə yaxın bir məkanda keçirilən ağacəkmə aksiyasında fəal iştirak etmişlər. Aksiya çərçivəsində C.Cabbarlı adına mədəniyyət evinin böyüklərdən ibarət “Qafqaz” rəqs qrupu və “Zəngəzur” zurna və davul qrupunun aksiya iştirakçıları qarşısında çıxışı iştirak edənlərin böyük marağına səbəb olmuşdur. Tədbirdə həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin Q.Qarayev adına 1 nömrəli UMM, Bülbül adına 2 nömrəli UİM, S.Rüstəmov adına 3 nömrəli UİM, Ə.Bakıxanov adına UİM, F.Əmirov adına 5 nömrəli UMM məktəbinin müəllim heyəti yaxından iştirak etmişdir. Tədbir yüksək səviyyədə keçirilmişdir.

Abşeron rayonunda Masazır qəsəbəsində başlamış, daha sonra Xırdalan şəhərində davam etmişdir. Aksiyada Qobu Uşaq İncəsənət məktəbi, Mehdiabad Uşaq Musiqi məktəbinin müəllim kollektivi, eləcə də Abşeron Musiqili Komediya Xalq teatrının üzvləri iştirak etmişdir.Bu nəcib təşəbbüsə ictimaiyyət nümayəndələri,həmçinin mədəniyyət müəssisələrinin kollektivləri və könüllü gənclər qoşulmuşlar. Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya Xalq Teatrının üzvləri də ağacəkmə aksiyasında fəal iştirak edərək, dahi şairin obrazını canlandırmış və qəzəllərini böyük şövqlə səsləndirmişlər. Tədbirdə həmçinin bir birindən gözəl musiqi nümunələri də səsləndirilmişdir.

Xızı rayon Giləzi qəsəbəsində də ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin kollektivi də ağacəkmə kompaniyasında iştirak etmiş, Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifalarında səslənən musiqilərin sədaları altında yüzlərlə ağac əkilmişdir.

Ağacəkmə aksiyasının növbəti ünvanı Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan məcburi köçkünləri üçün salınmış şəhərcik olmuşdur. Tədbirdə Zəngilan rayonunun musiqi məktəbləri, Zəngilan Rayon Mədəniyyət evinin “Süsən” instrumental ansamblı iştirak etmişdir. Müğənnilər Tural Salmanov, Günay Mediyeva öz musiqi ərmağanları ilə tədbirə xüsusi rəng qatmışdır.

Qubadlı rayonundan olan məcburi köçkünlər üçün salınmış Stansiya Sumqayıt adlanan yaşayış massivində ağacəkmə aksiyası baş tutmuşdur.Tədbirdə Qubadlı rayon ictimaiyyəti, Qubadlı rayon musiqi məktəbləri, Qubadlı rayon Mədəniyyət evinin işçiləri yaxından iştirak etmişdir. Həmçinin qaçqınlar və məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə, parkın müxtəlif yerlərində musiqi nömrələri səsləndirilmişdir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyi də bu aksiya da yaxından iştirak etmişdir.
Belə ki Şuşa rayonun Musiqi məktəblərinin müəllim kollektivi, Rayon Mədəniyyət evinin işçiləri tədbirdə yüzlərlə ağac əkmişdir. Tədbirdə səslənən musiqi nümunələri iştirakçıların zövqünü oxşamışdır.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər