Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Mehman Şükürov müsabiqə laureatlarını təltif etdi - ŞƏKİLLƏR

Baxılıb: 3249     Tarix: 15-10-2019 20:15   
Mehman Şükürov müsabiqə laureatlarını təltif etdi - ŞƏKİLLƏR

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Gənc pianoçuların IV respublika müsabiqəsinin, o cümlədən, Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin laureatları ilə görüşüb, uğurlu çıxışlarına görə Mədəniyyət nazirliyi adından təbrik edib, xoş arzularını çatdırıb və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplom və hədiyyələrini təqdim edib.

Sumqayitfakt.Az xəbər verir ki, sonra idarə rəisi mədəniyyət müəssisələrinin kollektivlərinə Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən I Mədəniyyət festivalında fəal iştiraklarına görə təşəkkürünü bildirib.

O, bildirib ki, bundan sonra belə festivallar mütəmadi olaraq regionumuzda keçirilməli və beynəlxalq festivallarda da təmsil olunmalıyıq. Bunun üçün bizim bazamız var və bu bazanı daha da genişləndirməliyik.

Idarə rəisi qeyd edib ki, biz fəaliyyətə başlayanda yeni kollektivlərin yaranmasını qarşımıza məqsəd qoymuşduq və biz bir neçə yeni kollektivin yaranmasına nail olduq ki, bunlardan müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrini və xor kollektivini, “Buta” qızlar ansamblını, sazçı qızlar ansamblını, kukla teatrlarını və s. misal göstərmək olar. Həmçinin musiqi məktəblərinin xalq çalğı alətlərinin ansambllarlnın fəaliyyətinə toxunan idarə rəisi onların arasından istedadlı gənclərin üzə çıxacağına çox böyük ümidlər bəslədiyini bildirib.

Artıq Sumqayıt Regional Mədəniyyət idarəsinin bazası əsasında internet televiziyanın fəaliyyətə başladığını bildiriən Mehman Şükürov istedadlı gəncləri bu televiziya vasitəsilə təbliğ olunmasının vacibliyini vurğulayıb.

Sonda I Mədəniyyət festivalında fəal iştiraklarına görə mədəniyyət müəssisələrinin kollektivləri idarənin fəxri fərmanları ilə təltif edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər