Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın 70 illiyi ilə əlaqədar yazarlar və ağsaqqallarla görüşlər keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 31 105     Tarix: 04-10-2019 14:18   
Sumqayıtın 70 illiyi ilə əlaqədar yazarlar və ağsaqqallarla görüşlər keçirilib - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə S.Vurğun adına Mərkəzi kitabxanada Əməkdar mədəniyyət işçisi, tanınmış publisist-şair Əşrəf Veysəlli və AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin ilə görüş keçirilib. Görüşdə SDU-nun tələbələri, kitabxananın oxucuları iştirak edib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə MKS-nin direktoru Yeganə Əhmədova açaraq Əşrəf Veysəlli və Gülnarə Cəmaləddinin yaradıcılığı haqqında oxucuları məlumatlandırıb. Sonra kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Əşrəf Veysəlli – 80” biblioqrafik göstəricisi şairə təqdim olunub. Tədbirdə SDU-nun tələbələrinin ifasında şairlərin şeirlərindən nümunələr dinlənilib. Daha sonra şairlər çıxış edib, yeni şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıblar.

Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən, “Veteran” klubunun üzvlərinin iştirakı ilə “Sumqayıt- yaşıdım mənim” adlı dəyirmi masa keçirilib.Tədbirirdə kitabxanaçı Dilarə Ağakişiyeva şəhərin 70 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışaraq, Sumqayıtın tarixi haqqında geniş məlumat verib. Sonra tədbir iştirakçıları Elxan Kərimov, Allahverdi Şərifov, Qətibə Səfərova, Şahin Əliyev və başqaları doğma şəhərin inkişafından, ictimai həyatından söz açıblar. Daha sonra Nizami Gəncəvi adına Kitabxana Klubunun müdiri Zərnigar Babayeva, AYB-Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, KİV nümayəndələri Aynurə Ulduz, Miraslan Rasim, Şahin Qəribin mövzu ilə əlaqədar fikirləri dinlənilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər