Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3247     Tarix: 15-07-2019 11:16   
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Xidmət və Uşaq Şöbələrinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, şəhidlərimizin doğum günləri ilə əlaqədar olaraq keçirilən tədbir uyuduqları son mənzildə- Sumqayıtın Şəhidlər xiyabanında baş tutub.

Tədbiri giriş sözü ilə açan yazıçı Hafiz İmamnəzərli igidlərimizn həyatı, keçdikləri şərəfli döyüş yolu haqqında geniş məlumat verib.

Sonra polkovnik Raquf Orucov və gizir Seymur Baxışovun ailə üzvləri, döyüş yoldaşları, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova və Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan danışaraq bildirblər ki, Ali baş komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi gün çox da uzaqda deyil və Raquf, Seymur kimi şəhid hərbiçilərimizin qanı yerdə qalmayacaq.

Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göztərən Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərinin ifasında vətənpərvəzrlik mövzusunda şeirlər dinlənilib.

Sonda şəhidlərimizin ailə üzvləri tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər