Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın mədəniyyət işçiləri Xızıda Cəfər Cabbarlının 120 illik yubileyini qeyd etdilər - ŞƏKİLLƏR

Baxılıb: 2185     Tarix: 01-07-2019 18:44   
Sumqayıtın mədəniyyət işçiləri Xızıda Cəfər Cabbarlının 120 illik yubileyini qeyd etdilər


Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin təşəbbüsü, AYB-nin Sumqayıt bölməsinin və Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə ədibin Xızı rayonundakı ev muzeyində “Orada bir ev var, Xızıda” adlı tədbir keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri balaca qiraətçi İnci Hüseynzadə Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeri ilə açıb.

Tədbirə aparıcılıq edən yazıçı Hafiz İmamnəzərli C.Cabbarlının yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, keşməkeşli həyat yolu haqqında geniş məlumat verib.

Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəıiyi üzrə baş məsləhətçisi Mövsüm Bağırov, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Xızı rayon Mərkəzi Kitabxananın direktoru Ayşən Əliyeva, qocaman pedaqoq, Xızı rayon sakini Nurulla Nuriyev, Nizami Gəncəvi adına ədəbiyyat muzeyinin əməkdaşı Təbəssüm Muxtarova, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək dövlətin mədəni-ədəbi tarixi irsə, müasir ədəbi prosesin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.

Sonra Sabir Sarvan adına uşaq poeziya teatrının balaca aktyorları Cavidan Mirzəzadə, İsmayıl Hüseynov, Nihad Bədəlli, Aynur Kərimova, Mirvüqar Seyidzadə, Lətifə və Mirkənan Mahmudovların İfasında yazının 1925-ci ildə qələmə aldığı “Yaylağa gedir” adlı natamam pyesinin müasir versiyası: “Şair və artist” satirik şeiri əsasında səhnəcik nümayiş olunub.

Sonda Ayan Ağayevayevanın ifasında ədibin “Gözəllik” şeiri, “Dostluq” mədəniyyət evinin özfəaliyyət ansanblının üzvlərinin ifasında C.Cabbarlının şeirlərinə yazılmış mahnılar maraqla dinlənilib.

Tədbirin sonunda tədbir iştirakçıları ədibin ev muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər