Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 2110     Tarix: 14-06-2019 13:08   
Sumqayıtda 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıtn Tarixi Muzeyində sumqayıtlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tofiq Əhmədovun fərdi sərgisi nümayiş olunub. Sərgidə şəhər ictimaiyyəti, ziyalılar, iş adamları, sənət yoldaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova rəssamın yaradıcılıq yolu haqqında danışıb. Respublikanın Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov, rəssamlar—İlqar Əliyev, Nazir Pirquliyev, Respublikanın Əməkdar jurnalistləri—Eyruz Məmmədov, Qüdrət Məlikov, fəxri kimyaçı Təbrik Quliyev öz çıxışlarında Tofiq Əhmədovun əsl fırça ustası olduğunu xüsusi vurğulayaraq ona yeni-yeni sənət uğurları arzulayıblar.

N.Nərimanov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin, özfəaliyyət kollektivlərinin konserti keçirilib. Konsertdən əvvəl tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində təşkil edilmiş rəsm və biçmə-tikmə dərnəklərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə gitara, nağara, saz, sintezator, qarmon kurslarının tələbələrinin ifasında musiqi nömrələri səslənib. “Dəcəllər” və “Nice” rəqs qruplarının ifasında maraqlı və rəngarəng rəqs nömrələri təqdim olunub. Digər dərnək üzvləri də öz istedadlarını nümayiş etdiriblər.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Qurtuluşdan başlanan yol” adlı oxucu konfransı keçirilib. Tədbirdə Milli qurtuluş günü haqqında geniş məlumat verilib, tarixi əhəmiyyətindən danışılıb, oxucuların fikirləri dinlənilib, mövzu ilə əlaqədar video-çarx nümayiş olunub. Sonda ümummilli liderin fəaliyyətini əks etdirən ədəbiyyatlardan ibarət “Özü qədər əbədi” adlı kitanb sərgisi haqqında məlumat verilib.

Həmçinin, kitabxana Klubun oxucuları, “Rəsm” dərnəyinin üzvləri və “Cığır”mənəvi dəyərlərə dəstək ictimai birliyinin üzvləri ilə birgə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzin əməkdaşlarlı eskkursiya iştirakçılarına mərkəzin fəaliyyəti, nümayiş olunan eksponatlar və s. haqqında geniş məlumat verib, oxucuların suallarını cavablandırıblar.

Qeyd edək ki, bayram münasibətilə C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edəcək.

Digər mədəniyyət müəssisələrində də sərgilər və konsertlər keçiriləcək.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər