Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Mədəniyyət müəssisələrində Respublika günü münasibətilə silsilə tədbirlır keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3122     Tarix: 27-05-2019 19:29   
Mədəniyyət müəssisələrində Respublika günü münasibətilə silsilə tədbirlır keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Respublika günü münasibətilə silsilə tədbirlır keçirilib

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə 3 saylı orta məktəbdə “Azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən keçdiyi çətin və şərəfli yoldan, bu yolda olan uğur və nöqsanlardan söhbət açılıb. Sonda Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova tədbir iştirakçılarına “İstiqlalımızın bayramı” adlı sərgi haqqında məlumat verib.

S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin 5 saylı orta məktəbdə keçirdiyi tədbirdə 28 May – Respublika günü ilə əlaqədar məlumat verilib. Sonra şagirdlər Vətənə həsr edilmiş müxtəlif şeirlər və dahilərin azadlıq, istiqlal haqqında müdrik fikirlərini, kəlamlarını söyləyib, mahnı oxuyub, rəqs ediblər. Tədbirdə kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirilib.

Mərkəzi Uşaq kitabxanasında “Cümhuriyyət qurucuları” adlı xatirə günü keçirilib. Tədbirdə Xalq Cümhuriyyətinin yaradılması, tarixi əhəmiyyəti və tarixi fəaliyyəti, həyata keçirilən tədbirlər, qəbul edilmiş qərarlar, o cümlədən, Azərabycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları haqqında məlumat verilib. Sonra oxucuların ifasında azadlığımıza, suverenliyimizə həsr olunmuş “Azadlığın mübarək” və “Möhtəşəm Azərbaycan” adlı bədii kompazisiyalar nümayiş olunub, “Cümhuriyyət nəğməsi” mahnısı dinlənilib. Sonda tədbir iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyəti - 101” adlı kitab sərgisi ilə tanış olublar.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Milli dövlətçilik tariximiz” adlı oxucu konfransı keçrilib.Tədbirdə AXC-nin yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib. Sonra mövzu ilə əlaqədar oxucuların fikirləri dinlənilib, mövzunu əhatə edən kitab sərgisi haqqında məlumat verilib.

Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilib, vidoçarx nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusundə şeirlər dinlənilib.

Zəngilan rayon mədəniyyət işçiləri Sabirabad rayonun Rüstəmli və Güdəcühür qəsəbəsində zəngilanlı məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış massivlərində konsert proqramı ilə çıxış ediblər.

Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbində konsert keçirilib. Tədbirdə məktəbin xor kollektivinin ifasında “Üçrəngli Bayrağımız” əsəri (sözləri: Əjdər Ağazadə, musiqisi: Zəki Şəfəq), Saz ansamblının ifasında Osmanlı divanisi, tar sinifinin şagirdlərinin ifasında Şüştər dəraməti, Fortepianoda 7-ci sinif şagirdi Rəhimə Hacıyevanın ifasında İ.S.Bax-İnvensiya Siminor əsəri dinlənilib. Sonda 2018-2019 Tədris İlində fərqlənən və keçirilən bütün tədbirlərdə fəal iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər