Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3168     Tarix: 24-05-2019 15:48   
Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib

Sumqayıtın 70 illiyi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, “28 May” mədəniyyət evində baş tutan müsabiqəyə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər”, Bülbül adına uşaq incəsənət məktəbinin “Ümid”, S.Rüstəmov adına Uşaq İncəsənət məktəbinin “Gənc şahinlər”, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri və “Alleqro” rəqs qrupu qatılıblar.

Azərbaycan və dünya xalqlarının rəqslərini məharətlə ifa edən rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xareoqraflar Məmməd Mehdiyev, Məcid Quliyev, İbad Feyzullayevdən ibarət münsiflər heyətinin qərarına əsaən C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs qrupu I yerə, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs qrupu II yerə, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivi III yerə, digər rəqs kollektivləri isə həvəsləndirici yerə layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqənin I turu aprelin 21-də N.Nərimanov adına mədəniyyət mərkəzində keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər