Xəbər xətti

22-05-2019

21-05-2019

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda silsilə yubiley tədbirləri keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 398     Tarix: 17-05-2019 11:59   
Sumqayıtda silsilə yubiley tədbirləri keçirilib - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın mədəniyyət müəssisələrində bir sıra yubiley tədbirləri keçirilib.

Sumqayitfakt.Az-ın məlumatına görə, Sumqayıtın 70 illik yubiley tədbirləri çərçivəsində S.Rüstəmov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollekltivi M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada konsert proqramı ilə çıxış ediblər. Konsertdə məktəbin xanəndə sinfi şagirdlərinin ifasında muğamlar, təsniflər və xalq mahnıları, saz sinfi şagirdi Aysun Ələsgərovanın ifasında saz havaları maraqla dinlənilib.

Sumqayıt şəhər Poeziya Evində Şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir solmaz yarapağam” adlı tədbir keçirilib. Tədbirdə dahi söz ustadının həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub. Sonra mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə ədibin əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümyiş olunub, şeirlər dinlənilib, musiqi nömrələri səslənib.

Q.Qarayev adına uşaq musiqi məktəbində Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Soltan Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, “İsgəndər və çoban” operasından, “Karvan” simfonik lövhəsindən musiqi parçaları səsləndirilib. Konsertdə həmçinin, məktəbin fortepiano, violin, xalq çalğı alətləri şöbələrinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər