Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Mədəniyyət müəssisələrində Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi - ŞƏKİLLƏR

Baxılıb: 3124     Tarix: 10-05-2019 11:42   
Mədəniyyət müəssisələrində Heydər Əliyevin 96-cı ildönümü qeyd edildi - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib


Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana və Xəzər Dünya məktəbinin təşkilatçılığı ilə bilik yarışı keçirilib.
Yarışda Sumqayıt orta məktəblərinin 6 komandası – 14 nömrəli məktəbin “Ziya”, 17 nömrəli məktəbin “Göytürk”, 23 nömrəli məktəbin “Uğur”, 26 saylı məktəbin “Qarabağ”, 38 nömrəli məktəbin “Atilla”, Xəzər Dünya məktəbinin “Dünya məktəbi” birincilik uğrunda mübarizə aparıblar. Şagirdlərə ümumilikdə 25 sual verilib. tarixçi-alim, Respublikanın Əməkdar müəllimi Bəhram Məmmədli , tədqiqatçı-tarixçi, jurnalist Tahirə Zeynalova, Sumqayıt Mərkəzi kitabxanasının əməkdaşları Natəvan Axundzadə və Nailə Əsgərovadan ibarət münsiflər heyətinin ümumi rəylərinə əsasən 21 balla “Qarabağ” I – yerə, 20 balla “Uğur” II-yerə, 18 balla “Atilla” III – yerə layiq görülüblər.

Sumnqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat verilib, oxucu Onur Rəhimlinin “Liderlik zirvəsi” adlı məruzəsi dinlənilib, oxucuların ifasında ümummlilli liderə həsr olunmuş şeirlər əsasında kompozisiya nümayiş olunub. “Azərbaycanın özü qədər əbədi” adlı kitab sərgisinin xülasəsi verilib.

Gənclər kitabxanasında 16 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev Dühası: Dahilik, Zaman və Müasirlik” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib. Sonra oxucuların fikirlıəri dinlənilib. Tədbirin sonunda “Dəyirmi masa”nın iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olub, “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filmini izləyiblər.

Mərkəzi Uşaq Kitabxanasında
11 nömrəli orta məktəb şagirdlərinin iştirakı ilə “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə ümummilli liderin siyasi fəaliyyəti, dövlət quruculuğu sahəsindəki xidmətləri haqqında geniş məlumat verilib. Daha sonra çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva, 11 nömrəli məktəbin kitabxana müdiri Ruhiyyə Şərəfxanova, dərnək rəhbəri İradə Sadıxova ümummilli liderin şərəfli və mənalı ömür yolundan, təhsilə, mədəniyyətə qayğısından söz açıblar. Tədbirdə 11 nömrəli məktəbin şagirdlərinin ifasında Zəlimxan Yaqubun ümummilli liderə həsr olunmuş “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya nümayiş olunub, məktəbin xor kollektivinin ifasında musiqisi Kəmaləddin Heydərova, sözləri nəğməkar-şair Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı dinlənilib, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilib, “Yaşayan və yaşadan lider” adlı kitab sərgisi haqqında məlumat verilib.

Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə “Şəms" instrumental ansamblının ifasında instrumental musiqilər, (bədii rəhbər Rasim Hüseynov), solistlər Kseniya Məmmədova, Kənan Quliyev, İlahə Nəbi qızının ifasında xalq mahnıları, gənc müqənillər Zaur Yusifli, Kamil Aqazadə, Sevda Akkayanın ifasında Azərbaycan bəstəkarlarının mahnıları, Natiq Ayxanın ifasında estrada, Svetlana Aslanovanın ifasında hind mahnıları maraqla dinlənilib.

Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində
viktorina keçirilib. Viktorinada məktəbin nəzəriyyə şöbəsinin şagirdlərindən ibarət “Şur” və “Rast” komandaları yarışıblar. 3 turdan ibarət olan intellektual yarışmanın qalibi “Şur” komandası olub. Komandaların hər bir üzvü müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Zəngilan rayon kənd klubunda "DAHİ" adlı bilik yarışması keçirilib. Yarışmada Zəngilan rayon orta məktəb şagirdləri iştirak edib. Qaliblər diplomlarla təltif olunub.

Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evində “Heydər Əliyev müasir gənclərin gözü ilə” mövzusunda diskussiya keçirilib. Tədbirdə Ulu Öndərin həyat yolunu əks etdirən video çarx numayiş olunub, məruzələr dinlənilib, şeirlər ifa olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin mətbuat xidməti
















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər