Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda şair Zahid Xəlillə görüş keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 398     Tarix: 15-04-2019 14:10   
Sumqayıtda şair Zahid Xəlillə görüş keçirilib - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi, Nizami Gəncəvi adına Kitabxana Klub, Mərkəzi Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə uşaqların sevimli yazarı, şair Zahid Xəlillə görüş keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər Poeziya evində baş tutan tədbirin aparıcısı filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu Zahid Xəlilin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.

Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, Sumqayıt şəhər 27 saylı məktəbin direktoru Valid Mustafayev, jurnalist Rəhman Orxan və digərləri çıxış edib, şair haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər.

Sonra Nizami Gəncəvi adına Kitabxana Klubun fəal oxucularının ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib.

Daha sonra Mərkəzi uşaq kitabxanasının əməkdaşlarının şairin “Mən tülküyəm” nağıl-poeması əsasında hazırladıqları kukla tamaşası, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının “Yeddi rəngli muncuq” şeiri əsasında hazırladıqları səhnəcik nümayiş olunub və maraqla qarşılanıb.

Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.

Tədbirdə şairin həyatı və yaradıcılığını əks etdirən “Balalara hədiyyə” başlıqlı sərgi nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər