Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Saatlı rayonudur - ŞƏKİLLƏR

Baxılıb: 2111     Tarix: 11-04-2019 23:14   
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Saatlı rayonudur

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Saatlı rayonu olub.

Sumqayitfakt.Az xəbər verir ki, respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə növbəti“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Saatlı rayon Olimpiya İdman kompleksinin qarşısında keçirilib.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı cənab, Siraqəddin Cabbarov da iştirak edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının budəfəki zəngin konser tproqramını regional idarələrin özfəaliyyət dərnəkləri, mədəniyyət işçiləri, folklor kollektivləri, rəqs qrupları və musiqiçilərinin ifaları rəngarəng edib.

Yeri gəlmişkən bildirək ki, Saatlıda keçirlən festivalın konsert proqramında ötən il mükafatlandırılan incəsənət ustalarının da çıxışlarına yer verilib.

Saatlı rayonununda keçirilən festivala rəng qatan anlardan biri isəSabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Saatlı rayonunun “Muğan”instrumental ansamblının çıxışları, Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi filialının "Adıgün" Türk Xalq Folklor kollektivinin rəqs nümunələri olub.

Bundan başqa, Sabirabad Rayon Mədəniyyət Mərkəzinin Həşimxanlı kənd Mədəniyyət evinin "Cəngavər" Pəhlivanlar qrupu maraqlı və cəsarətli çıxışları ilə festivalı ziyarət edənləri heyrətləndirə biliblər.

Əlavə olaraq qeyd edək ki, sərgidə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab güşəsi də qurulub.

Həmçinin, festivalın sərgi hissəsini isə metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırlanan məişət qabları, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, mürəkkəb həndəsi ölçməli şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri kimi digər sənət əsərləri bəzəyib.

Bundan başqa, sərgini dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri göz oxşayan edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki,“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər