Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 4135     Tarix: 09-04-2019 19:48   
Sumqayıtda N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, MİHİ Sumqayıt şəhər Komitəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anım günü keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, əvvəlcə tədbir iştirakçıları şəhidin fotolarından ibarət sərgi ilə yaxından tanış olublar.

Sonra şəhidin anası Ceyran Axundova çıxış edib, oğlu ilə bağlı xatirələrini bölüşüb, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

“Mən səninləyəm Ana Vətən” bədii- sənədli filminin yaradıcı heyəti də çıxış edərək çəkiliş prosesi haqqında danışıblar.

Daha sonra “Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, Əbdülməcid Axundova həsr olunmuş filmin Sumqayıtda və Bakıda təqdimat mərasimi keçirilib.

Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Ekran əsərində ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər