Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Dövlət Dram Teatrında görüş - ŞƏKİLLƏR

Baxılıb: 3207     Tarix: 31-03-2019 18:56   
Sumqayıt Dövlət Dram Teatrında görüş - ŞƏKİLLƏR


Teatrın mətbuat xidmətindən Sumqayitfakt.Az-a verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında şair - dramaturq Nizami Muradoğlunun "Zülmətdə nur" kitabının təqdimat mərasimi keçirilmişdir.
"Zülmətdə nur" müəllifin mənzum dramının adıdır. Qeyd edək ki, ötən teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrında sözügedən dram əsasında eyniadlı tamaşa hazırlanıb tamaşaçıların ixtiyarına verilmişir. . Mənzum pyes Azərbaycan tarixinin ağrılı bir səhifəsini özündə əks etdirir. Mütəfəkkir şair, böyük dramaturq, Azərbaycanda romantizmin banisi Hüseyn Cavidin və ailəsinin başına gətirilən faciə, zamanın amansız repressiya maşınının törətdiyi qətliamlar mükəmməl şəkildə təsvir olunub. Həmçinin Hüseyn Cavidlə eyni taleyi yaşamış istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin çəkdikləri əziyyətlər də pyesdə yer alıb.

Təqdimat zamanı teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Nizami Muradoğlunun əsərinin tarixi həqiqətləri özündə ehtiva etmək baxımından sosial-siyasi əhəmiyyətini vurğuladı. "Zülmətdə nur" tamaşasının quruluşçu rejissoru, xalq artisti Firudin Məhərrəmov bildirdi ki, korifey sənətkar, nəhəng dramaturq haqqında pyes yazmaq da, onu tamaşaya hazırlamaq da məsuliyyətli işdir və nə yaxşı ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gələ bilib. Daha sonra kitabın redaktoru Əhməd Qəşəmoğlu, yazıçı- ssenarist, kulturoloq Hafiz İmamnəzərli, professor Allahverdi Məmmədli, jurnalist Kamil Məhərrəmli, əməkdar artist İlahə Səfərova və başqaları müəllifi təbrik etdilər, ürək sözlərini söylədilər. Bütün çıxışların məğzində bir fikir dayanırdı : Milli məfkurəmizin formalaşmasında iz qoymuş istiqlal ruhlu şairlərimizin həyat və fəaliyyətinin müstəqil, qüdrətli Azərbaycanın gənclərinə aşılanması təqdirə layiq işdir. Tədbirdən sonra qonaqlar "Zülmətdə nur" tamaşasına baxdılar.










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər