Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3197     Tarix: 29-03-2019 21:13   
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində  silsilə tədbirlər keçirilib

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, muzeyin “Şəhidlər qalereyasında” muzeyin fondunda mühafizə olunan materiallar əsasında tərtib olunmuş sərgi nümayiş olunub.

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində rəsm sərgisi keçirilib. Sərgidə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət rəsmlər nümayiş etdirilib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın xidmət şöbəsində “Soyqırım tarixinin dastanı” başlığı altında Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində səyyar sərgi təşkil edilib, uşaq şöbəsində keçirilən tədbirdə oxuculara soyqırım haqqında geniş məlumat verilib, mövzu ilə bağlı videoçarx izlənilib, “Tarixi həqiqətlər unudulmur” adlı kitab və dövrü mətbuat mateaillarından ibarət sərgi ilə bağlı xülasə verilib. Şəhərin Gənclər kitabxanasında 1 saylı Peşə litseyi şagirdlərinin iştirakı ilə “31 Mart-Tariximizin göz yaşı” adlı “dəyirmi masa” keçirilib. Dəyirmi masa iştirakçıları mövzu ilə əlaqədar çıxış ediblər. Sonra kitabxanada tərtib olunan sərgi haqqında oxucular məlumatlandırılıb.

Xızı rayon Heydər Əliyev Mərkəzində və Mərkəzi kitabxanasında da soyıqırım qurbanları anılıb. Keçirilən tədbirlərdə soyqırıma həsr olunmuş “101 il silinməyən qanlı izlər” adlı sənədli və tarixi faktlar əsasında hazırlanmış video çarx nümayiş olunub, məruzələr dinlənilib, müzakirələr aparılıb.

Zəngilan rayon Mədəniyyət evində keçirilən tədbirdə Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Mehman Nəsirov tədbir iştirakçılarına soyqırım haqqında geniş məlumat verib. Sonra soyıqırımı əks etdirən sənədli film nümayiş olunub. Rayonun Tarix Diyarşünaslıq Muzeyində keçirilən anım tədbirində soyqırımla əlaqədar geniş məlumat verilib, sənədli film nümayiş olunub. Rayon Mərkəzi kitabxanasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” adlı kitab sərgisi təşkil olunub.

Qubadlı rayon MKS və rayon mədəniyyət evi ilə birgə keçirilən tədbirdə soyqırım qurbanları yad edilib, fikirlər dinlənilib, müzakirələr aparılıb, videoçarx nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər