Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olundu - ŞƏKİLLƏR

Baxılıb: 377     Tarix: 10-03-2019 22:58   
Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olundu - ŞƏKİLLƏR

10 Mart 1873-cü il Azərbaycan Milli Teatrının təvəllüd günüdür.

Sumqayitfakt.Az-ın məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrı 1969- cü il, martın 14- də o vaxtkı adı ilə Gənclər Teatrı kollektivi olaraq ilk dəfə öz pərdələrini tamaşaçıların üzünə açıb. Bu əlamətdar tarixlər məhz bugün Sumqayıt Dövlət Dram Teatrında qeyd olundu. Məhz 1969- cu ildə hazırlanmış ilk tamaşa M.F. Axundovun " Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası yeni quruluşda Sumqayıt tamaşaçılarına və qonaqlara təqdim edilib. Məlumat üçün bildirək ki, teatrın ilk tamaşasına Cənnət Səlimova, müasir versiyasına isə Firudin Məhərrəmov quruluş verib. Tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək bayram münasibətilə hər kəsi təbrik etdi. Natiq bildirdi ki, Prezident İlham Əliyev 1-ci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı qaldırılan sosial problemlərin anında həll olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O cümlədən Sumqayıt Dövlət Dram Teatrının inzibati binasının müasir standartlara uyğun əsaslı təmiri və yenidən qurulması yaradıcılıq uğurlarına rəvac verir. İlk tamaşamızın yubileyinin qeyd olunması bizdən ötrü əsl bayramdır. Teatrın baş rejissoru, xalq artisti, "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasına quruluş vermiş Firudin Məhərrəmov qonaqları salamladı, 50 il ərzində teatrın keçdiyi zəngin yaradıcılıq yolundan danışdı.. Daha sonra çıxış edənlər son zamanlar teatrın repertuarında yer alan çeşidli tamaşaların bədii dəyərindən, tamaşaçı - teatr ünsiyyətinin gücləndirilməsi sahəsində kreativ layihələrdən, beynəlxalq festivallara hazırlıqdan, həmçinin Sumqayıt şəhərinin 70 illiyinə həsr olunacaq yeni tamaşadan söz açdılar. Təqdim olunmuş tamaşadan öncə tamaşaçılar teatrın 50 illik yaradıcılıq yolunu əks etdirən sərgi- afişa və teatrın qrim, kostyum, butafor, bədii dekor sexləri ilə tanış edildi. Ardından M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah" məzhəkəsi tamaşaçılara təqdim olundu.

Teatrın mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər