Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda milli teatrın yaranmasından 146 il ötür

Baxılıb: 358     Tarix: 10-03-2019 12:08   
Azərbaycanda milli teatrın yaranmasından 146 il ötür

Bu gün Azərbaycanda Milli Teatr Günüdür.

Milli teatrın əsası 1873-cü il martın 10-da Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası ilə qoyulub. Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşkilatçılığı ilə yaranmış milli teatrın inkişafı mesenat Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə daha da sürətlənib.

Milli teatrda Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi tanınmış aktyor və aktrisalar yetişib.

AXC-nin yaranmasından sonra teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər daxil edilib. Cümhuriyyət qurucularının bu sahədəki addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu teatr 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" əsərinin səhnələşdirilməsi ilə fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan milli teatrının əsasının qoyulduğu gün- 10 mart tarixi Milli Teatr Günü kimi qeyd edilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər