Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Xızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıb - FOTOLAR

Baxılıb: 3170     Tarix: 07-01-2019 11:32   
Xızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıb - FOTOLAR


Xızı rayonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, nakam şairin ölümünün 81 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında Xızı rayon İcra hakimiyyətinin və Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Müşfiqin büstü ətrafına toplaşan şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustadının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıb, Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan danışıblar. Qeyd ediblər ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.

Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon uşaq musiqi məktəbində də ölməz şair Mikayıl Müşfiqin xatirəsi anılıb. Anım günündə məktəbin şagirdləri İsmayıl Kərimli və Günel Ağazadənin ifasında Mikayıl Müşfiqin şeirləri dinlənilib.

Sumqayit Regional Mədəniyyət Idarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər