Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Sumqayıtda Əşrəf Veysəllinin 80 illik yubileyi keçirilib

Baxılıb: 3320     Tarix: 23-07-2018 19:47   
Sumqayıtda Əşrəf Veysəllinin  80 illik yubileyi keçirilib


Sumqayıtın Poeziya Evində Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə əməkdar məsəniyyət işçisi, şair-publisist Əşrəf Veysəllinin 80 illik yubileyi və yeni nəşr olunmuş “Qəbuluna yazılmışam Allahın” adlı kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Əşrəf Veysəllinin ömür və yaradıcılıq yolundan geniş söhbət açaraq, yubilyara həsr etdiyi şeirini oxuyub və onu sumqayıtlı yazarlar adından təbrik edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Teymur Səmədov şair Əşrəf Veysəllini Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adınadan təbrik edərək, ona şəhər icra hakimiyyətinin hədiyyələrini təqdim edib. Yazıçı Seyran Səxavət yubilyara Azərbaycan Yazıçılar Birliyinin “Fəxri Fərman”ını çatdırıb və Əşrəf Veysəlli ilə bağlı gənclik xatırələrini söyləyib. Füzuli rayonunun sabiq icra başçısı Nəbi Muxtarov Əşrəf Veysəllini Qarabağın yetirdiyi ən böyük şairlərdən biri kimi dəyərləndirib. Şair Ramiz Rövşən Ə.Veysəllini yubileyi münasibəti ilə təbrik edərək şairin yaradıcılığındakı səmimiyyətdən söz açıb və onun şərəfinə bir şeir oxuyub. Filologiya elmləri doktroları Vaqif Yusifli və Rafiq Yusifoğlu Əşrəf Veysəllinin yaradıcılıq məziyətinin özəlliklərindən danışıblar. Yazarlardan Umud Rəhimoğlu, Rauf Zeyni, Fərqanə Mehdiyeva, Qənirə Mehdixanlı, Arzu Nehrəmli, Zümrüd Baloğlanova, Aygün Yaşar tədbirdə çıxış edərək yubilyara öz arzularını bildiriblər.

Aşıqlardan İlham Aslanbəyli və Elməddin Məmmədli, əmədar artist, bədii qiraət ustası İzaməddin Bağırov, xanəndə Təşkilat Nəsirov şairin şeirlərini ifa ediblər.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər