Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib - FOTOLAR

Baxılıb: 2165     Tarix: 13-06-2018 17:50   
Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib - FOTOLAR


S.Vurğun adına Mərkəzi kitabxana Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində mövzu ilə əlaqədar dəyirmi masa keçirib.
Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbiri Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadə açaraq tədbirin mahiyyəti haqqında oxuculara geniş məlumat verib. "İnsan Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva, Qanunun Aliliyi Hüquq Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayev, hüquqşünas Ədalət Qafarov, 25 saylı məktəbin tarix müəllimi Nuridə Əhmədova iştirak edib, oxucuların suallarını cavablandırıblar.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi də Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində 14 saylı məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib. Tədbirdə hüquqşünas Ruslan Mustafayev çıxış edərək qanunvericilikdə nəzərdə tutulmuş insan hüquq və azadlıqlarından, insan hquq və azadlıqlarının təminatçısı olan dövlət orqanlarının fəaliyyətindən bəhs edib, uşaqları maraqlandıran sualları cavablandırıb. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva çıxış edərək cəmiyyətdə və ailədə uşaqların hüquq və azadlıqlarının müdafiəsindən, onların firavan həyatının təmin edilməsindən söhbət açıb. Tədbirin sonunda şagirdlərə uşaq hüquqları ilə bağlı bukletlər, dəftərxana ləvazimatları hədiyyə edilib.

Sumqayıt şəhər Nizamni Gəncəvi adına Kitabxana klubda "Demokratik cəmiyyətdə insan” adlı disput keçirilib. Tədbiri giriş sözü ilə kitabxana klubun müdiri Babayeva Zərnigar açaraq, "İnsan Hüquqları aylığı” ilə bağlı təbir iştirakçılarına məlumat verib. Tədbirdə AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmalləddin, M.Əsədov adına ümumtəhsil internat tipli gimnaziyanın müəllimi Gülpəri Novruzova, SDU-nun tələbələri və Veteran klubunun üzvlərinin çıxışları dinlənilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin sonunda kitabxana klubun multimedia mütəxəssisi Şeyda Qurbanova "İnsan hüquq və azadlıqları” adlı sərgidən xülasə verib.

Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə uşaq hüquqlarının müdafiəsindən danışılıb. Uşaqların təhsil hüququ mövzusunda 4 saylı bağçanın müdirəsi Xatirə Heydərova, İnsan hüquqlarının qorunması və müdafiəsi mövzusunda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova çıxış edib. Daha sonra mədəniyyət evinin özfəaliyyət kollektivi Ramazan bayramı ərəfəsində qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib. Mədəniyyət evinin solisti Pənah Məmmədlinin ifasında mahnılar dinlənilib, "Turan” rəqs qrupunun ifasında "Azərbaycan suitası”, "Dilşadı” rəqsləri maraqla izlənilib. Tədbirdə həmçinin uşaq bağçasının körpələri rəqs edib, şeir və mahnı oxuyublar.









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər