Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda musiqi məktəblərinin konserti keçirilib - FOTOLAR

Baxılıb: 2278     Tarix: 15-05-2018 09:23   


Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan musiqi məktəblərinin birgə konserti keçirilib

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin saz ansamblının şagirdləri konsert proqramı ilə çıxış edib.
Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov izləyib. İdarə rəisi tədbirdə çıxış edərək regional tədbirlərin keçirilməsinin region şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətində müstəsna rol oynadığını bildirib. Qeyd edib ki, belə tədbirlərin sayı artırılmalıdır. Konsertdə Saz ansamblının ifasında "Ey vətən", "Leyli və Məcnundan rəqs", fortepiano və sazdan ibarət "aşıqvari" əsərləri, “Baş dübeyti”, “Naxçıvani” saz havaları dinlənilib.

Bundan əlavə, Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləriAbşeron rayonu Mehdiabad qəsəbəsi uşaq misiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Lalə Qocayevanın şagirdləri azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər. Şagirdlər solo və ansambl ifalarla çıxış ediblər. Abşeron rayonu Mehdiabad qəsəbəsi uşaq musiqi məktəbinin direktoru Təranə İbrahimova çıxış edərək ifaçılara və onların müəllimlərinə rəngarəng konsert proqramı ilə çıxışlarına görə minnətdarlığını bildirib.








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər