Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda -fotolar

Baxılıb: 3126     Tarix: 21-09-2017 12:53   

Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) kollektivi Sumqayıt şəhərində qonaq olub.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan səfərdə qonaqları Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov və mədəniyyət işçiləri qarşılayıblar. Səfər zamanı qonaqlar yeni inşa edilmiş Heydər Əliyev Mərkəzində, S.Rüstəmov adına uşaq incəsənət məktəbində və Sumqayıt bulvarında olublar. Qonaqlara yeni inşa edilmiş hər iki mədəniyyət ocağı və sumqayıt bulvarı haqqında geniş məlumat verilib. Rusiyalı qonaqlar qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirərək bildiriblər ki, ilk dəfə gördükləri Sumqayıt onların xatirəsində dünyanın ən gözəl şəhərlərindən biri olaraq qalacaq.

Daha sonra Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestri konsert proqramı ilə çıxış ediblər.

Konsertdə dünya və Azərbaycan bəstəkarlarının- Üzeyir bəy Hacıbəylinin (Arazbarı), V.A.Mosartın (Adajio və fuqa), P.Çaykovskinin (Simli orkestr üçün Vals və Elegiya), Qara Qarayevin (Yeddi Gözəl baletindən fraqmentlər), və digər dünya şöhrətli bəstəkarların əsərləri ifa olunub.

Sonda Rusiya Fedrasiyası, Novosibirsk vilayətinin mədəniyyət nazirinin müavini Yevgeni Sazonov, Novosibirsk Filarmonik Kamera Orkestrinin direktoru Alyona Bolkvadze və Sumqayıt şəhər icra başçısının müavini Teymur Səmədov çıxış edərək qarşılıqlı mədəni əlaqələrdən danışıblar. Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib, ziyafət verilib.

Xatırladaq ki, sentyabrın 18-dən 26-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti








loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər