Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sumqayıtda Milli Musiqi Günü münasibətilə silsilə tədbirlər keçirilib -FOTOLAR

Baxılıb: 2123     Tarix: 19-09-2017 17:00   
Sumqayıtda Milli Musiqi Günü münasibətilə silsilə tədbirlər keçirilib


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Milli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.


Sumqayitfakt.Az xəbər verir ki, Abşeron rayon Xırdalan şəhər[/b] 11-illik musiqi məktəbində keçirilən tədbiri giriş sözü ilə Sumqayıt RMTİ-İN baş məsləhətçisi İlham Manafov açaraq ölməz bəstəkar Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığından geniş söhbət açıb. Daha sonra məktəbin müəllim və şagirdlərin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səslənib.

Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi qəsəbə sakinləri qarşısında dahi bəstəkarın əsərlərindən ibarət geniş konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarın həyat və yaradıcılığı geniş şəkildə işıqlandırılıb.

Qobu qəsəbə uşaq incəsənət məktəbində keçirilən tədbirdə Qobu Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi parçaları ifa ediblər.

Sumqayıt şəhər Q.Qarayev və F.Əmirov adına adına uşaq musiqi məktəblərində keçirilən tədbirdə bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra müəllim və şagirdlərin ifasında dahi bəstəkarın əsərləri ifa olunub. Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin direktoru Lətafət Müfidzadə, MKS-in direktoru Yeganə Əhmədova çıxış ediblər. Daha sonra məktəbin müəllim və şagird kollektivinin ifasında dahi bəstəkarın əsərləri dinlənilib. Sonda tədbir iştirakçılarına MKS tərəfindən nümayiş olunan və Üzeyir bəyin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi haqqında məlumat verilib.

S.Rüstəmov adına uşaq incəsənət məktəblərində S.Vurğun adına kitabxananın incəsənət şöbəsi ilə birgə tədbir keçirilib. Məktəbdə Milli Musiqi gününün tarixi haqqında geniş məlumat verilib, dahi bəstəkarın əsərlərindən ibarət konsertlər keçirilib. Sonda tədbir iştirakçıları bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.

Zəngilan rayon Bartaz kənd, Mincivan Qəsəbə, Zəngilan şəhər uşaq musiqi məktəblərində də Üzeyir bəy Hacıbəylinin əsərlərindən ibarət konsert keçirilib.

Sumqayitfakt.Az








loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər