Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Sumqayıt Regional Mədəniyytət və Turizm idarəsinin zona müşavirəsi keçirilib:irad və təkliflər səsləndirilib - FOTOLAR

Baxılıb: 3101     Tarix: 12-09-2017 22:15   

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Qubadlı rayon V.Əliyev adına mədəniyyət evində Sumqayıt Regional Mədəniyytət və Turizm idarəsinin zona müşavirəsi keçirilib.

İdarə rəisi Mehman Şükürovun iştirakı ilə keçən müşavirədə görülən işlər və perspektiv layihələr haqqında danışılıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək Rusiya Federasiyasına səfərin təəssüratlarını bölüşüb.

Bundan əlavə, Mehman Şükürov musiqi məktəblərində yeni tədris ili ilə əlaqədar olaraq şagird qəbulunun vəziyyəti, dərs bölgüsü, tarifakisiya məsələrinə toxunaraq bütün musiqi məktəblərində müəllimlərlə görüşlər keçirəcəyini bildirib.

Mədəniyyət müəssisələrində aşkar olunan problemlərlə bağlı irad və təkliflərini bildirən idarə rəisi kitabxana, muzey, rəsm qalereyasının, həmçinin musiqi məktəblərinin də ödənişli fəaliyyətə keçirilməsinin zəruriliyini vurğulayıb.

Müşavirədə həmçinin Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli, 2961 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət proqramı"na və Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrinə əsasən 15.09.2017-ci il tarixdən etibarən filmlərin nümayişi ilə bağlı görüləcək işlər müzakirə olunub, ciddi tapşırıqlar verilib.

Sonda Mehman Şükürov uşaq incəsənət və musiqi məktəbləri şagirdlərinin beynəlxalq festivallarda qazandığı uğurları, eləcə də Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qəbələ V Beynəlxalq Mürəbbə Festivalı və I Beynılxalq Dolma Festivalında uğurlu iştirakını yüksək qiymətləndirib, təşəkkürünü bildirib.

Sumqayıt Regional Mədəniyytət və Turizm idarəsinin
Mətbuat xidməti












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər