Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

100 dərdin dərmanı olan göbələk... - Təbii Viaqra

Baxılıb: 329     Tarix: 12-10-2019 10:20   
100 dərdin dərmanı olan göbələk... - Təbii Viaqra
Təbiətin möcüzəvi bitkilərindən sayılan tırtıl göbələyi Çin təbabətində mühüm bir yerə sahibdir.

Əsasən yarçaqumba kimi tanınan bu nadir qida göbələk növüdür. Bu göbələklərin formaları da fərqlidir. Əsasən Tibet və Himalayadan toplanılır. "Himalay "Viaqra"sı" adlandırılan bu göbələyin ən çox bitdiyi məkan Jajarkot bölgəsidir. Bu göbələklərin başı torpaqdakı tırtılları tutur, öldürür və onlar göbələyin baş hissəsinə keçir. Daha sonra göbələk tırtılıın bədənində böyüyür.

Sumqayitfakt.Az medicina.az-a istinadən bildirir ki, yarçaqumbaya olan tələbatın çox yüksək səviyyəyə çatması Nepalın əyalət bölgələrində məktəbli və tələbələrin bu göbələyin yığımı ilə məşğul olmasına səbəb olub. Yarçaqumba sözünün mənası tibet dilində "yayda ot, qışda qurd" deməkdir.

Əsrlər boyu tənəffüs pozğunluqları, astma və ağciyər infeksiyaları ilə mübarizədə istifadə edilib. Çinlilər onu 'super qida' adlandırır.

Bundan başqa adı çəkilən bitki müxtəlif xəstəliklər zamanı da istifadə olunur. Təbii immun gücləndirici dərmandır İmmunitet sistemi üçün təhlükə sayılan infeksiya və digər xəstəliklərin aradan qaldırılması və immunitet sisteminin normallaşdırılması üçün istifadə olunur.

Həmçinin stres və yorğunluqla mübarizə aparır. Təbii enerji mənbəyidir . Olduqca baha olan bu göbələyin bir kilosu qara kürünün on qatı bahasına, təqribən 20 min dollara satılır.

Xərçəngi müalicə edir?

Bəzi təcrübələr göstərir ki, tırtıl göbələyi xərçəng xəstələri üçün də faydalıdır. Kimya terapiyasından sonra yeyilərsə, şiş hüceyrələrinin azalmasına kömək olur. Eyni zamanda bədənin müdafiə mexanizmini artırır.

Bu göbələyi dəmləyərək də istifadə edirlər. Belə ki, iki və ya üç ədədini suya ataraq dəmləyib, çay kimi içilir. Həm də, xəstə üçün şorba bişirərkən içərisinə əlavə etmək olar. Bu formada istifadə üçün olan bir-iki tırtıl göbələyinin qiyməti isə 15-20 dollardır.

Bu göbələk qan şəkərini aşağı salma xüsusiyyətinə malikdir. Buna görə diabet xəstələri üçün təhlükəlidir. İstifadədən əvvəl həmişə həkiminizlə məsləhətləşməlisiniz.

Təbii afrodizyak effekti var. Cinsi funksiya üçün vacib olan qan axınını tənzimləyir. Enerji verən xüsusiyyətləri sayəsində cinsi gücü artırır. Sonszuluq üçün təbii bir müalicədir.

Ürəyi qoruyur , iflic və infarkt riskini minimuma endirir. Toz şəklində istifadə edilərsə, ürək çatışmazlığının qarşısını alır.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər