Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

İnanılmaz ölkə və insanları: Adamlar qapıdakı yeşikdən yumurtaları götürüb, pulunu atıb gedirlər…

Baxılıb: 348     Tarix: 29-06-2019 21:45   
İnanılmaz ölkə və insanları: Adamlar qapıdakı yeşikdən yumurtaları götürüb, pulunu atıb gedirlər…
Hansısa ölkədən danışanda beynimizdə stereotip obrazlar yaranır.

Məsələn, Kanada bir çoxları üçün sonsuz qış və küçələrdə sərbəst gəzən sığınlarla assosiasiya olunur. Amma bu ölkə haqqında bizim təsəvvürlərimiz gerçəklikdən fərqlənə bilər. Ona görə də “Bizimyol.info” insanlarda Kanada haqqında təsəvvürlərin hansının gerçək, hansının yanlış olduğunu araşdırıb.

Bütün kanadalılar ingilis və fransız dillərini bilir

Kanadada həm ingilis, həm də fransız dili rəsmi dövlət dilləridir. Buna baxmayaraq, fransızca danışanlar daha azdır. Kanadalıların əksəriyyəti ingilis dilində danışır. Hər iki dili bilmək dövlət orqanlarında çalışanlardan tələb olunur. Bu böyük ölkənin digər sakinləri üçün ikinci dili bilib-bilməmək şəxsi seçim məsələsidir.

Tarixi abidələr olmayan ölkə

Kanadada ağcaqayın şirəsi şəkərin daha sağlıqlı əvəzedicisi hesab olunur. Ondan tez-tez istifadə edirlər, xüsusən un məmulatlarının hazırlanmasında. Ancaq kanadalılar üçün o, ancaq öz vətənində hazırlanan şirədir. Kanadada sizə maraqlı görünə biləcək tarixi abidələr yoxdur. Bu ölkədə Kolizey tipli qədim tikililərə rast gələ bilməzsən. Kanadada ən qədim tikililərin tarixi 19-cu əsrin ortalarına gedib çıxır. Ancaq burada da görüləsi yerlər var, məsələn, Casa Loma, Chateau Frontenac. Kanada çox soyuqdur . Ancaq hər yerində və həmişə belə deyil. Kanadanın cənubunda, Amerika ilə sərhədə yaxın yerlərdə iqlim daha yumşaqdır. Orada yay yetərincə isti və uzun olur. O yerlərdə 30 dərəcə istilik nadir hadisə deyil. Ölkənin şimal hissəsi soyuq olur. Orada qütb iqlimi hökm sürür. Böyük şəhərlərindən Vankuver Sakit okeanın sahilində yerləşir. Burada qış isti və rütubətli keçir, mart ayında ağaclar çiçək açır.

At üstündə qırmızı formalı polislər

Bu ölkədə sığınlar və ayılar çox yerdə qaçırlar, amma hər yerdə yox. Nəhəng boş ərazilərdə təbiət vəhşi heyvanların sərbəst yaşayışına xidmət edir. Təbiəti sevənlər meşə gəzintisi zamanı hər an sığın, ayı, qaban, tülkü ilə qarşılaşa bilərlər. Ona görə də belə gəzintilərdə turist marşrutlarından kənarlaşmaq tövsiyə olunmur. Şəhərlərdə, əlbəttə, böyük vəhşi heyvanlarla qarşılaşmazsan. Belə yerlərdə yenot, dələ kimi heyvanları görmək olar. Kanadada qırmız formalı, at üstündə gəzən polislərə rast gələ bilərsiniz. Qırmızı forma Kralın at polislərinə məxsusdur. Amma adi polislər tünd rəngli geyimdə olur. Kanadada gəlmələrə qarşı münasibət yaxşıdır. Məsələ onda deyil ki, kanadalılar gəlmələri çox sevirlər. Amma onlar başqa ölkələrlə müqayisədə daha dözümlü yanaşırlar. Kanada sakinlərinin əksəriyyəti nə vaxtsa başqa ölkələrdən gələnlər və ya onların törəmələridir. Bu gün də hökumət ölkənin qapılarını müxtəlif ölkələrdən olan insanların üzünə açır. Kanadada əhali azdır. Bölgüdə bir kvadrat kilometrə 3 nəfər düşür.Bu da dünyada əhali sıxlığı baxımından ən aşağı göstəricilərdən biridir. Paytaxt Torontonun sahəsi 630 kvadrat kilometrdir. Amma orada cəmi 2 milyon adam yaşayır. Kanadanın bütövlükdə əhalisi isə 37 milyon nəfərdir.

Pulsuz səhiyyə

Kanada azlıqlara münasibətdə də çox loyal ölkədir. Burada istənilən azlıqlar – istər milli, istərsə də cinsi azlıqların nümayəndələri özlərini başqa yerdə olduğundan daha rahat hiss edirlər. Kanadada səhiyyə pulsuzdur. Burada əsas prinsip odur ki, tibbi xidmət ölkənin hər bir vətəndaşı üçün əlçatan olmalıdır. Xərclər isə “MediCare” (tibbi qayğı) sığortası hesabına ödənilir. Amma bəzi istisnalar var. Məsələn, diş və göz problemlərilə bağlı bəzi xərcləri vətəndaş öz cibindən ödəməli olur. Ölkə ərazisinin təxminən 90 faizində kütləvi yaşayış yoxdur. Qalan 10 faiz isə dünyanın əksər ölkələrində olduğu kimi, şəhərlər və kəndlərdən ibarətdir. Kanadalılar hokkeyi çox xoşlayır. Onlar hokkeyi “özlərininki” hesab edirlər. Məsələn, ağcaqayın şərbəti Kanadadan yaxşı heç yerdə hazırlanmır. Kanadalılar da bunu başa düşür və onu özlərininki hesab edirlər. Hokkeylə bağlı məsələ də belədir. Yəqin ki, başqa heç bir ölkədə hokkeyi özünə kanadalılar qədər doğma bilən yoxdur.

Sadə həyatı sevirlər…

Kanada multikultural ölkədir. Istənilən emiqrant burada yerlilərini tapıb, onlarla rahatca ünsiyyətdə ola bilər. Yəni yerli cəmiyyətə qoşulmaq mütləq deyil. Amma bir sıra vacib tələblər var. Dil, ümumi qaydalar kimi tələblərə mütləq əməl olunmalıdır. Ümumilikdə isə bura gələnlər sonradan istər-istəməz qaynayıb-qarışırlar – öz aralarında ünsiyyət qururlar, dostluq edirlər, evlənirlər. Son nəticədə hamısı müəyyən qədər kanadalıya çevrilir. Kanadanı “Amerikanın 51-ci ştatı” adlandıranlar da var. Hərçənd, bu deyim onlarda qıcıq yaradır. Kanadalıların özlərinin mədəniyyəti, ənənələri, tarixi var. Ona görə də “Kanada Amerikasız heç nədir” deyənlərə kəskin şəkildə etirazlarını bildirirlər. Kanadalılar pivəni çox sevir və bu içkidən tez-tez istifadə edirlər. Statistikaya görə, pivə bu ölkədə ən populyar spirtli içki növüdür. 2015-ci ildə kanadalılar 22.71 milyon litr pivə içiblər. Kanadada mağazada məhsulun üzərində yazılan son qiymət deyil. Çünki ödəniş zamanı qiymətin müəyyən faizi qədər əlavə dəyər vergisi də o qiymətin üstünə gəlir. Ölkənin müxtəlif yerlərində bu verginin faizi də fərqlidir. Məsələn, Ontarioda 13 faiz, Albertedə 7 faizdir. Kanadalılar fastfud xoşlayırlar. Burada ən populyar fastfud şəbəkəsi “Tim Hortons”dur. O, məşhur hokkeyçinin şərəfinə belə adlandırılıb. Başqa şəbəkələr də var, amma kanadalılar ən çox “Tim Hortons”un məhsullarını sevir. Kanadalılar nəzakətlidir. “Üzr istəyirəm”, “təşəkkür edirəm” kəlmələrini onlardan tez-tez eşidərsən. Gülərüzdülər. Onları dostcanlı və etibarlı da adlandırmaq olar. Amma bu o demək deyil ki, qonşu ilə münasibətin yaxşıdırsa, tez-tez onlara gedib-gələ bilərsən. Ancaq siz burada qapınızın ağzında bir yeşikdə yumurtaları, yanında da başqa bir boş qutunu qoyub rahatca gedə bilərsiniz. Gəlib yumurtadan özünə lazım olan qədərini götürüb, pulunu da o biri qutuya atıb gedəcəklər. Kanadalılar onlara “amerikalı” deyilməsini xoşlamırlar. əgər onu belə adlandırsanız, mütləq sizdə səhv tutub, onu düzəltməyə çalışacaq. ABŞ və Kanada arasında rəqabət ruhu birmənalı şəkildə var. Kanadalılar ambisiyalı deyil. Burada həyat sakitdir, insanlar tələsmirlər. Karyera yüksəlişi üçün durmadan çalışmaq insanların ağlına da gəlmir. Düşünürlər ki, əgər mən sadə, gözəl həyatdan zövq ala bilərəmsə, özümə niyə artıq əziyyət verməliyəm? Onların zirvələri fəth etmək məqsədi olmadan, beyinlərini artıq şeylərlə yormadan yaşamağa üstünlük verirlər.bizimyol.info

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər