Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Eynşteynlə Freyd arasında məktublaşmalar: "Müharibələrə alimlər son qoymalıdırlar”

Baxılıb: 3170     Tarix: 31-03-2019 15:38   
Eynşteynlə Freyd arasında məktublaşmalar: "Müharibələrə alimlər son qoymalıdırlar”
“Mən sülh uğrunda mübarizə aparmaq istəyirəm. İnsan savaş, döyüş missiyasından imtina etmədiyi təqdirdə Yer üzündə heç bir müharibənin qarşısını almaq mümkün olmayacaq. İnsanın sülh uğrunda ölməsi müharibə üzündən əzab çəkməsindən daha yaxşıdır. Dərsliklər müharibəni şişirdir, amma dəhşətlərini isə anlatmırlar. Mən onlara sülhü öyrətmək istəyirəm, müharibəni yox, sevgini öyrətmək istəyirəm, nifrəti yox!”
Bu sözlər dünya elmində inqilab etmiş, XX əsrin ən böyük zəka sahiblərindən biri olan Albert Eynşteynin psixoanalizin yaradıcısı, insan ruhunun dərinliklərinə vaqif olan filosof-psixoloq Ziqmund Freydlə məktublaşmalarından kiçik bir misaldır.

Amma məktubların hamısı məhz bu ruhda olub. Məktublaşmalar Yer kürəsində yaşanan müharibələrdən, qanlı savaşlardan dərs almayıb yenə də daha ciddi müsibətlərə avar çəkən insan övladına tövsiyələr əsasında qurulub. Bu zaman böyük fizik bəşəriyyətin kapitalist dünyasından və müharibələrə təşnə olan böyük siyasi güclərdən xilas olması üçün böyük zəkaların birləşməsinin zəruriliyini qeyd edir.

Sumqayitfakt.Az-ın azedu.az-a istinadən təqdim etdiyi bu məktubda da Freydə əsasən bu məzmunda müraciət edilir:

“Çox hörmətli, Cənab Freyd, həqiqəti tapmaq arzusunun sizdəki bütün istəkləri necə dəfn etməsi çox qəribədir. Müharibə və dəhşətlərin insanda sevgi və həyat eşqi ilə nə dərəcədə dəqiq əlaqəsini çox gözəl incələmisiniz. Amma inandırıcı dəlillərinizlə bərabər, həm də onlara çata bilməməyin acı həsrəti ortaya çıxır. Bu həsrət insanın daxili və xaricində baş verən bütün müharibələrlə bağlıdır. Bu böyük həsrətdə həm də zamanlarının, xalqlarının düşüncə etibari ilə öndə gedən bütün dahiləri, böyük insanları birləşir. İsadan tutmuş Höteyə qədər, Kanta qədər bütün insanları bu xilasın həsrəti birləşdirir. Bu şəxsiyyətlər dünyada insanlar arasındakı münasibətləri qaydaya sala bilməsələr də onların bütün bəşəri düşüncə və əxlaqın önündə getmələri şübhəsizdir.

İnanıram ki, fəaliyyətləri ilə yol göstərmək missiyasını həyata keçirən bu cür insanlar ən kiçik fürsətdə belə bir-biriləri ilə eyni ideologiyanı paylaşmaqdadırlar. Çox təəssüf ki, siyasi proseslərin üzərində o qədər də böyük təsir gücünə malik deyillər.

Haqqında danışdığımız bilgələr, ziyalılar bu kriteriyalarda öndə getsələr də xalqların taleyi istiqamətində heç bir təsir gücləri yoxdur. Həmin şəxslərin bu gün ora –bura dağılmaları onların təsir gücünü daha da azaldır. Yer üzündəki sülh, barış naminə, insanlar arasındakı münasibətlərin sağlamlaşması naminə bu kimi adamların bir araya gəlmələri zəruri deyilmi? Təbii ki, elmi müəssisələrdə də rastlanan çatışmazlıqları nəzərə alaraq deyə bilərik ki, bu işin də müəyyən nöqsanları olacaq. Amma yenə də səy göstərmək lazımdır. Şəxsən mən bu işi çox böyük məsuliyyət hesab edirəm. Dünya aydınlarının savaşa qarşı birgə mübarizə aparması dini sektaların da müharibənin əksinə çıxmalarına şərait yaradacaq”.

Sumqayitfakt.Az[quote][/quote]


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər