Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Bədii ədəbiyyat oxumaq beynimizi dəyişirmiş – Maraqlı araşdırma

Baxılıb: 4171     Tarix: 22-03-2019 18:37   
Bədii ədəbiyyat oxumaq beynimizi dəyişirmiş – Maraqlı araşdırma
Bir çox elmi araşdırmalarda meditasiyanın və ya musiqinin beynə uzun perspektiv üçün təsiri öyrənilib. Amma oxu haqda az şey məlumdur. Qəribədir ki, oxu böyük araşdırmaların predmeti olmayıb.

Sumqayitfakt.Az xəbər verir ki, fransız jurnalist Frederik Bernarın portalında məhz bununla bağlı araşdırma yazısı dərc olunub: “Oxumaq bizə başqa insanları anlamaqda kömək edir. Çünki bu halda beyin nahiyəsini çox fəallaşır”.

Bernar yazır ki, yaxşı araşdırmanı Devid Komer Kidd və Emanuel Kastano 2013-cü ildə aparmışdı. Bu haqda nüfuzlu “Science” jurnalında da yazılmışdı. Kidd və Kastano göstərmişdi ki, bədii ədəbiyyatdan bir parça oxumaq başqalarının psixiki vəziyyətini anlamağa imkan verir.

Başqalarının düşüncəsini anlamaq fikirləri oxumaq, emosiyaları öz üzərində hiss etmək, ehtimallar irəli sürmək kimi bacarıqlarla müəyyənləşir. Kidd və Kastano iş zamanı insan baxışlarını şərh etmək üçün bir testdən istifadə etmişdilər. Test insanın ifadə etdiyi düşüncə, niyyət və duyğuya uyğun bir söz tapmaqdan ibarət idi.

Bernar əlavə edir: “Bu gün bədii mətnlərin oxucunun beyninə təsirini tədqiq edən yalnız bir araşdırma var: Berns və həmkarları 2013-cü ildə “Brain Connectivity” jurnalında bir araşdırma dərc etdirmişdilər. Müəlliflər tədqiqatçıların işlədiyi Emori universitetinin sağlam düşüncəli tələbələrindən gündə 30 səhifə olmaqla 9 gün Robert Harrisin “Pompey” romanını oxumasını xahiş etdilər. Sonra istirahət vaxtı onların beyinlərinin fəallığı sistemli şəkildə ölçüldü. Məqsəd oxunun beynə təsirini müəyyənləşdirmək idi. Nəticələr göstərdi ki, bu doqquz gün oxu ərzində beynin bölgəl’ri arasında funksional əlaqə artıb. Beləliklə, oxu cəmiyyətdə həyat üçün vacib olan müəyyən idrak qabiliyyətini inkişaf etdirə bilər”.bizimyol.info

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər