Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Əvəz Mahmud LƏLƏDAĞ: “Yığdın ürəyimə hicran dərdini, indi də sinəmi yol eyləyirsən?” -ŞEİRLƏR

Baxılıb: 3635     Tarix: 23-12-2016 16:07   
Əvəz Mahmud LƏLƏDAĞ: “Yığdın ürəyimə hicran dərdini, indi də sinəmi yol eyləyirsən?”


Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, bölmənin yaranmasının 20 illiyi münasibətilə hər həftə Sumqayitfakt.Az-da şəhərimizdə yaşayan AYB üzvlərinin əsərlərindən nümunələr təqdim edir:

ORDADI...

Mən niyə yanıram o dağlar üçün,
İmanım ordadır, dinim ordadı.
Orda cücərmişəm, orda bitmişəm,
Dumanım ordadır, çənim ordadır.

Yaman darıxıram o dağlar üçün,
Suyu diş göynədən bulaqlar üçün
Uşaqlığım üçün, uşaqlar üçün.
Harayım ordadı, ünüm ordadı.

Tənəzzül dağının loğman havası,
Nənəmin şipşirin nağıl dünyası,
Beynimi dincəldən ana laylası,
Dəqiqəm, saniyəm, anım ordadır.

Nadanlar pozdular düz əhdi, andı,
Yüz ildə millətim yüz yol sınandı,
Ürəyim vətəndən çətin sınandı,
Ürəyim ordadı, canım ordadı.

Gəlir xəyalıma o gözəl anlar,
Mənim bu dərdimi dərd bilən anlar.
Sizə qurban olum igid cavanlar,
Məlhəm qoyulası yanım ordadı.

Qaybalı təpəsi, Gəlin qayası,
Məhv oldu babamın yonca tayası,
Getdi el-obanın abır-həyası,
Nahaqdan tökülən qanım ordadı.

O qara buludun yolunu kəsin,
Qoymayın yağılar gülümü dərsin.
Verin quduzların layıqlı dərsin,
Məkanım ordadı, kanım ordadı.

O ÇIÇƏYI AYAQLAMA

O çiçəyi ayaqlama, ay dəli,
O çiçəkdə sevənlərin gözü var.
Eşqin odu təzə yanır tacında,
Yanağında məhəbbətin közü var.

O çiçəyi ayaqlama, ay dəli,
Bəbəyinə şeh damcısı düşməyib.
Dodağına yar nəfəsi dəyməyib
O sütüldü, düzəməlli bişməyib.

O qönçələr sevənləri səsləyir,
Nəsillərə deyiləsi sözü var
O, bətnində gül balalar bəsləyir,
Ürəyində neçə dərdin izi var.

Bu torpağın damarında qandı o,
Gəl baş əyək, bu müqəddəs torpağa.
Könüllərə sevincdir o, candır o,
Cəhd eləmə onu vaxtsız qırmağa.

O çiçəyi ayaqlama bir də sən,
Sinəsində Xocalının dərdi var.
Bu dəhşətli faciəni bilməsən,
O bizlərə daha böyük dərd olar.
O çiçəyi ayaqlama, ay dəli.

EYLƏYIRSƏN

Yığdın ürəyimə hicran dərdini.
İndi də sinəmi yol eyləyirsən?
Çəkdiyim zəhməti hədərə verdin,
Qanqalı bəzəyib gül eyləyirsən.

Bəd züryət bəxş etdin bəxtimə, lələ,
Dünənim yadından çıxmadı, lələ.
Heç sənin vicdanın yoxdumu, lələ
Aqili nadana qul eyləyirsən.

Niyə kəc baxırsan mənə, pənahım,
Niyə demirsən ki, nədir günahım?
Dağları, daşları yandırır ahım,
Odumu sğndürüb kül eyləyirsən.

Mənim varlığımı sən yaratmısan,
Dərdi sevincimlə tən yaratmısan.
Qisməti Əvəzdən den yaratmısan,
Milçəyi böyüdüb fil eyləmisən.

Əvəz Mahmud LƏLƏDAĞ


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər